SON XƏBƏRLƏR

Cənubi Xorasanda yol qəzası: İki avtomobil toqquşub, 3 nəfər ölüb, 5 nəfər yaralanıb

2021.10.20, 07:36
Cənubi Xorasanda yol qəzası: İki avtomobil toqquşub, 3 nəfər ölüb, 5 nəfər yaralanıb

Gunaz.tv

Cənubi Xorasan əyalətinin yol polisinin rəisi Əlirza Rzayi mediaya açıqlamasında deyib ki, hadisə oktyabrın 14-ü axşam saatlarında baş verib.


“Cənubi Xorasan əyalətinin Xosf şəhərinin yaxınlığındakı yolda “Amiko” markalı minik avtomobili qarşı istiqamətdən gələn “Prayd” avtomobili ilə toqquşub. 


Qəza nəticəsində 3 nəfər yerindəcə keçinib, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Xisf və Bircənd şəhərlərinin xəstəxanalarına yerləşdirilib. Hazırda qəzanın səbəbləri araşdırılır”, -deyə Cənubi Xorasan yol polisinin rəisi Əlirza Rzayi bildirib.


Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir.  

 
A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar