Nurduz gömrüyünün fəaliyyəti iflic olub-Minlərlə İran vətəndaşı sərhəddə qalıb-FOTO

2021-07-10 10:30

Koronavirusa qarşı vaksinasiya olunmaq üçün Ermənistana gedən İran vətəndaşlarının sayının çoxalması Nurduz gömrüyünün fəaliyyətində problem yaradıb.

Gunaz.tv Quote | Gunaz article

Bu durum Ermənistan mətbuatın tənqidləri ilə qarşılaşıb.

Verilən məlumata görə, yerli erməni mətbuatında iranlıların Ermənistana, özəlliklə İrəvana kütləvi şəkildə səfərinin COVİD-19 xəstəliyinin yenidən yayılacağın barədə tənqidi yazılar yazılmasından sonra Nurduz gömrüyünün fəaliyyətində fasilə və məhdudiyyətlər yaranıb.

Yayılan görüntülərdən İrandan Ermənistana getmək istəyən minlərlə insanın Nurduz gömrüyündə qaldığı bəlli olur.

Bununla yanaşı bir sıra sosial media qruplarında Nurduz gömrüyünün bağlanması və vaksinasiya üçün Ermənistana gedənlərin ölkəyə girişinin qarşısının alınması ilə bağlı məlumatlar yayılıb.

Ancaq bu məlumatlara Ermənistan və İran rəsmiləri tərəfindən açıqlama verilməyib.

Xatırladaq ki, son üç həftə ərzində Tehran başda olmaqla İranın müxtəlif bölgələrindən Ermənistana vaksinasiya olunmaq üçün gedənlərin sayı artıb. 

"Həmşəhri" saytının yazdığına görə, son iki həftədə 2514 İran vətəndaşı vaksin vurdurmaq üçün bu gömrük vasitəsilə Ermənistana gedib. Hazırda isə qalan vətəndaşlar eyni məqsədlə Ermənistana getməyin ən ucuz yollarını axtarırlar.

İran gömrüyünün nümayəndəsi Seyid Ruhullah Lətifinin dediyinə görə, Nurduzdan başqa hava yolu ilə Ermənistana gedənlərin sayında da ciddi artım müşahidə olunur. Onun verdiyi məlumata görə, Tehrandan Ermənistana uçuşlara daha iki reys artırılıb və hazırda Tehrandan İrəvana həftədə 11 uçuş təşkil edilir.

Bundan bir neçə gün öncə İranın Qida və Dərman Təşkilatının sözçüsü Kiyanuş Cahanpur mediaya açıqlamasında ölkə vətəndaşlarının vaksin vurdurmaq üçün Ermənistana səfərinə münasibət bildirib.

O deyib ki, Ermənistan hökumətinin xaricdən aldığı vaksin, bu ölkənin əhalisi tərəfindən müsbət qarşılanmayıb.

“Ermənistan hökuməti ölkə əhalisinin geniş rəğbətini qazanmayan və onlar tərəfindən istifadə edilməyən AstraZeneca peyvəndi idxal edib.

Bu isə əhali tərəfindən müsbət qarşılanmayıb. Elə buna görə də, bu vaksinlər Ermənistana səfər edən xarici turistlərə vurdurulur”, -deyə İranın Qida və Dərman Təşkilatının sözçüsü Kiyanuş Cahanpur bəyan edib.

Qeyd edək ki, İran hökumətinin yarıtmaz siyasəti ucbatından ölkə əhalisinin vaksin edilməsində böyük çətinliklər yaşanır.
Digər tərəfdən, mütəxəssislər bildirir ki, bu durum İranın  hər zaman Azərbaycan Cümhuriyyətinə qarşı istifadə etdiyi Ermənistana iqtisadi jestlər etməsi üçün də əlverişli şərait yaradıb. 

Belə ki, bu yolla İran hökuməti vətəndaşlarının vaksin üçün Ermənistana getmək yollarını asanlaşdırır və onları buna təşviq edir. Bununla da ikinci Qarabağ müharibəsindən sonra ağır iqtisadi böhrana düşmüş Ermənistanı və onun çökməkdə olan turizm sektorunu dirçəltmək yolunda addım atır. 

Həm də bu vəziyyətdən Azərbaycan Cümhuriyyətinə qarşı basqı kimi istifadə etməyə çalışır. Çünki İran Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa çalışan əsas dövlətdir.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

C.E

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:  


Nurduz gömrüyü yenidən canlanıb: Ermənistana peyvənd olunmağa gedənlərin sayı artıb

İran vətəndaşları vaksin vurdurmaq üçün Ermənistana üz tutub - FOTO

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16

gun az article

Ərdəbildə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib

2021-09-16