SON XƏBƏRLƏR

“Nüvə düyməsi masamın üzərindədir, bu reallıqdır, təhdid deyil””- Kim Çen In

2021.10.20, 07:36
“Nüvə düyməsi masamın üzərindədir, bu reallıqdır, təhdid deyil””- Kim Çen In

Gunaz.tv

GünAz TV: Şimali Koreya (KXDR) 2017-ci ildə milli nüvə qüvvələrinin yaradılmasını yekunlaşdırıb.

 

Bu barədə ölkənin lideri Kim Çen In bəyan edib.

 

Onun sözlərinə görə, KXDR-lə müharibəyə can atan Amerika Birləşmiş Ştatları (ABŞ) yeganə saxlayan məhz Pxenyanın nüvə qüvvələrinə malik olmasıdır.

 

Şimali Koreya lideri həmçinin qeyd edib ki, Pxenyan qərar verərsə, ABŞ-ın istənilən nöqtəsinə nüvə zərbəsi endirmək imkanına malikdir.

 

"ABŞ-ın bütün ərazisi nüvə silahımızın əhatə dairəsindədir. Nüvə düyməsi isə masamın üzərində. Bu reallıqdır, təhdid deyil” - deyə o bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar