SON XƏBƏRLƏR

Ənvər Qərqaş: “İranla gərginliyi aradan qaldırmaq üçün müəyyən addımlar atacağıq”

2021.11.17, 12:51
Ənvər Qərqaş: “İranla gərginliyi aradan qaldırmaq üçün müəyyən addımlar atacağıq”

Gunaz.tv

O deyib ki, BƏƏ-i diplomatiya siyasəti seçiminə üstünlük verərək İranla yaşanan gərginliyi aradan qaldırmaq üçün əməli addımlar atmaqdadır.

“Biz hələ də İranın İraq, Suriya, Yəmən və Livandakı rəftarından nigaranıq, lakin buna baxmayaraq, ölkələrimiz arasındakı mövcud gərginliyi aradan qaldırmaq üçün müəyyən addımlar atmaq istəyirik. Biz İranla üz-üzə gəlməkdə maraqlı deyilik.

Çünki bütün region onilliklər boyu belə bir qarşıdurmanın bədəlini ödəyəcək. Biz isə bunu istəmirik. Mən bu işdə uğur qazanmaq şansı ilə bağlı realistəm. Düzdür bi prosesgin sürəti yavaş olacaq.

Lakin ümid edirik ki, zaman keçdikcə qarşılıqlı olaraq bir-birimizin etimadını daha çox qazana, münasibətlərimizin normallaşması istiqamətində hərəkət edə biləcəyik”, -deyə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qərqaş bildirib. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar