SON XƏBƏRLƏR

Dünya Bankı: "İranda mütləq yoxsulluq üç dəfə artıb"

2022.09.09, 09:38
Dünya Bankı: "İranda mütləq yoxsulluq üç dəfə artıb"

Gunaz.tv

Beynəlxalq təşkilat mütləq yoxsulluğu adambaşına düşən gündəlik 1,9 dollarlıq gəlir əsasında (2011-ci ildə sabit qiymətlərlə alıcılıq qabiliyyəti pariteti indeksinə əsasən) müəyyən edib və bu rəqəm insanın əsas ehtiyaclarını ödəmək üçün tələb olunan minimum məbləğdir. 

İran mediası məsələ ilə bağlı yaydığı məlumatda bunu keçmiş prezident Həsən Ruhaninin ayağına yazmağa çalışıb.

"2013-cü ildə təxminən 17,6 milyon insan yoxsulluq həddində idisə, 2017-cı ildə bu rəqəm 26,6 milyon nəfərə çatıb ki, bu da Ruhani hökuməti dövründə 9 milyon insanın yoxsulluq həddinin altında qalması deməkdir"-deyə, İran media orqanlarında qeyd olunub.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar