SON XƏBƏRLƏR

Dünya Bəhai İcması İranda son həbslərlə bağlı bəyanat yayıb

2022.09.02, 10:18
Dünya Bəhai İcması İranda son həbslərlə bağlı bəyanat yayıb

Gunaz.tv

Dünya Bəhai İcmasının BMT-dəki nümayəndəsinin sözlərinə görə, Qaimşəhrdə həbs edilən 14 vətəndaş əvvəllər universitetə ​​daxil olmaq hüququndan məhrum edilmiş gənclərdir.

Bəyanatda son bir ayda İranda 245 bəhai vətəndaşa qarşı təzyiqlər göstərildiyi, onlardan bir çoxunun həbsə atıldığı, əmlaklarının mənimsənildiyi və onlarla bəhainin təhsilini davam etdirməsinə qadağa qoyulduğu yazılıb.

"Bu gənclər öz dostlarından birinin evinə toplaşaraq, təhsilin ictimai tərəqqidə rolundan bəhs edir, müzakirələr aparırdılar"-deyə, Dünya Bəhai İcmasının BMT-dəki nümayəndəsi Simin Fəhəndej Qaimşəhrdə saxlanılan bəhai gənclərinin həbsinin qanunsuz olduğunu deyib.

İnsan haqları təşkilatlarının yazdığına görə, İran təhlükəsizlik məmurları Qaimşəhrdə şəxsi evə hücum edərək orada axtarış aparıb. 14 gənci həbs edib, komputer, telefon, kitblar və başqa şəxsi əşyaları müsadirə edib.

İnsan haqları müdafiəçisi Arəş Sadiqinin verdiyi məlumata görə, saxlanılan gənclər 17-20 yaşlarında olublar və sentyabrın 1-i axşam saatlarına kimi onların yalnız ikisi girov qarşılığında sərbəst buraxılıb.

Cavidan 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar