SON XƏBƏRLƏR

Qoşaçaydakı Badamlı su bəndində üç yeniyetmə boğulub

2022.07.18, 08:44
Qoşaçaydakı Badamlı su bəndində üç yeniyetmə boğulub

Gunaz.tv

Bu barədə Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhər bələdiyyəsinin yanğınsöndürmə və təhlükəsizlik xidmətləri mərkəzinin başçısı Saman Məhəmmədi mediaya verdiyi açıqlamda bildirib.

O, 12, 13 və 16 yaşlı yeniyetmələrin iyulun 17-də su bəndinə çimmək üçün düşdükləri zaman boğulduqlarını deyib.

Qeyd edək ki, Qərbi Azərbaycan Tibb Elmləri Tibbi Qəzalar və Təcili Yardım Mərkəzinin başçısı Baqir Bəhraminin dediyinə görə, son 3 ay ərzində Qərbi Azərbaycan əyalətində 11 nəfər su bəndi və çaylarda boğularaq həlak olub.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar