Co Bayden: “ABŞ İranın pilotsuz uçan aparatlarının hücumlarına cavab verəcək”

01.11.2021, 12:34

ABŞ prezidenti Co Bayden İranın regionda Vaşinqtonun mənafeyinə qarşı apardığı təxribat xarakterli əməllərindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

İranın pilotsuz uçan təyyarələrinin regionda Amerikanın mənafeyinə qarşı hücumlarına toxunan Bayden deyib ki, Vaşinqton İranın ölkəsinin regional maraqlarına qarşı həyata keçirdiyi dağıdıcı hərəkətlərini cavabsız qoymayacaq.


Co Bayden bu barədə oktyabrın 31-də İtaliyanın paytaxtı Romada keçirilən “Böyük iyirmiliyin” (G20) liderlərinin sammitinin başa çatmasından sonra jurnalistlərlə görüşündə açıqlama verib.

“Biz İranın Amerika Birləşmiş Ştatların mənafeyinə qarşı apardığı istənilən təxribat xarakterli əməllərinə və onun pilotsuz uçan aparatlarının bizim maraqlarımıza qarşı hücumlarına cavab verəcəyik”, -deyə ABŞ prezidenti Co Bayden bildirib.


ABŞ prezidenti həmçinin dünya güclərinin Vyanada İranla apardığı nüvə danışıqlarına işarə edərək, rəsmi Tehranın yarımçıq qalmış müzakirələrə qayıtmaqdan boyun qaçırmasına da münasibət bildirib.


“Hesab edirik ki, nüvə razılaşmasının yenidən canlandırılması üçün Vyanada danışıqların aparılması İranın rəftarından asılıdır. 


Şübhə yoxdur ki, İran nüvə danışıqlarına qayıtmayacağı təqdirdə böyük iqtisadi ziyanlara və əlavə sanksiyalara məruz qalacaq.


Mən, Böyük Britaniya, Fransa və Almaniya rəhbərləri ilə keçirdiyim görüşlərdə İranın nüvə proqramını müzakirə edərkən belə qənaətə gəlmişik ki, İran İslam Respublikasının atom bombası istehsal etməsinin qarşısını almaq üçün ən yaxşı yol və variant diplomatiyadır”, -deyə Co Bayden əlavə edib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ səfiri: “Azərbaycanlılar hər zaman dağ yəhudilərinə qucaq açıb”

2022-05-23

gun az article

Azərbaycan və Rusiya XİN başçıları Ermənistanla sərhədin delimitasiyasını müzakirə edib

2022-05-23

gun az article

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb

2022-05-23

gun az article

Abadanda etiraz aksiyaları keçirilir-VİDEO

2022-05-23

gun az article

Ərdoğan Azərbaycana gəlir

2022-05-23

gun az article

Almaniya səfiri Şuşaya gedib

2022-05-23

gun az article

İranda çoxmərtəbəli bina çöküb, ölən və yaralananlar var

2022-05-23

gun az article

"Rusiyanın forpostu olan Ermənistan Avropanın özü üçün də təhlükədir"-Baş redaktor

2022-05-23

gun az article

Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək

2022-05-23

gun az article

“Türk yıldızları” Bakı səmasında uçuş məşqləri keçirir

2022-05-23

gun az article

SEPAH "Mossad" agentlərinin saxlanıldığını iddia edib

2022-05-23

gun az article

Tehranda qızlar yataqxanasında kütləvi zəhərlənmə olub

2022-05-23

gun az article

Mahmud Əhmədinejadın müşavirinin ölkədən çıxışına qadağa qoyulub

2022-05-23

gun az article

Şarl Mişel: “Sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəlinib”

2022-05-23

gun az article

Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 29 200-ə çatıb"

2022-05-23

gun az article

Brüsseldə Prezident İlham Əliyevin Şarl Mişel və Paşinyanla görüşü keçirilib

2022-05-23

gun az article

Bəhai fəal Səidə Xuzui Evin zindanına köçürülüb

2022-05-23

gun az article

İranda üç məhkum edam edilib

2022-05-23

gun az article

İranda daha bir zabit öldürüldü

2022-05-23

gun az article

Tehranda SEPAH zabiti güllələndi

2022-05-22