SON XƏBƏRLƏR

“Amerika İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək”- Prezident Co Bayden

2022.02.10, 10:25
“Amerika İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək”- Prezident Co Bayden

Gunaz.tv

Fevralın 9-da Ağ Evin yaydığı bəyanata görə, Amerika prezidenti və Səudiyyə kralı müxtəlif mövzuları, o cümlədən İran tərəfindən dəstəklənən qrupların yaratdığı təhlükə, İranın nüvə proqramı və enerji təchizatını müzakirə ediblər.

Bayden telefon danışığında İran İslam Respublikasının nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəyini bildirməklə yanaşı, Səudiyyə Ərəbistanı kralını Avstriyanın paytaxtı Vyanada İranla aparılan danışıqları haqqında məlumatlandırıb.

Ağ Evin bəyanatında habelə qeyd olunub ki, Amerika prezidenti Səudiyyə kralı ilə regional narahatlıqlar, o cümlədən İranın dəstəklədiyi husilərin hücumları barədə danışıb. 

Cənab Bayden Səudiyyə kralına deyib ki, Amerika husilərin hücumlarına qarşı xalqını və suverenliyini müdafiə edən Səudiyyə Ərəbistanına və BMT-nin Yəməndəki müharibəni bitirmək səylərinə dəstək vermək öhdəliyinə sadiqdir.

“Əl-Ərəbiyyə” kanalının verdiyi məlumata görə, Səudiyyə kralı Amerika prezidentinə onun ölkəsinin İranın nüvə silahına sahib olmasının qarşısını almaq səylərini dəstəklədiyini bildirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar