SON XƏBƏRLƏR

Obama Azərbaycan Prezidentinə məktub göndərib

2021.10.20, 07:36
Obama Azərbaycan Prezidentinə məktub göndərib

Gunaz.tv
Azərbaycan Prezidenti səfir Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Azərbaycan Prezidenti İlham Əliyev iyunun 1-də ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi səfir Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi səfir Riçard Morninqstar ölkəmizə sonuncu dəfə səfəri zamanı Heydər Əliyevlə görüşünü ehtiramla xatırlayıb. O, həmin səfərinin Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin çəkilişinə başlanılması kimi əlamətdar hadisə ilə əlaqədar olduğunu bildirib, bu layihənin regional və dünya miqyaslı əhəmiyyətini qeyd edib. Sonra Riçard Morninqstar ABŞ Prezidenti Barak Obamanın məktubunu Azərbaycan Prezidentinə çatdırıb. Azərbaycan Prezidenti Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin çəkilişini böyük nailiyyət kimi dəyərləndirərək, Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu digər iri enerji layihələrinin də enerji sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin mühüm məsələlər üzrə birgə işləri bundan sonra da davam etdirəcəyinə əminliyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar