SON XƏBƏRLƏR

Obama bin Ladenə ölüm hökmü çıxartdı

2021.10.20, 07:36
Obama bin Ladenə ölüm hökmü çıxartdı

Gunaz.tv
Obama bin Ladenə ölüm hökmü çıxartdı 20080712132833_1.jpg ABŞ prezidentliyinə Demokrat Partiyasından namizəd Barak Obama Üsamə bin Ladenin edam cəzanı haqq etdiyini bildirib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, prezidentliyə namizəd bundan əvvəl bin Ladeni tapmağın vacib olduğunu da etiraf edib. Obama «CNN» telekanalına müsahibəsində 11 sentyabr terrorunun arxasında kimin dayandığını xatırladıb: «Mən edam cəzasının fanatı deyiləm. Hesab edirəm ki, ən yüksək cəza ancaq ən istisna hallarda tətbiq edilməlidir. Amma onu da bildirirəm ki, 3 mindən çox Amerika vətəndaşının öldürülməsini hazırlayaraq təşkil edən şəxs ölüm cəzasını haqq edib». Prezidentliyə namizəd bin Ladeni ancaq tutandan və məhkəmə qarşısına çıxarandan sonra edam etməyin mümkün olacağını vurğulayıb. lent.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar