SON XƏBƏRLƏR

Obama İsrailə dəstək olacağına söz verdi

2021.10.20, 07:36
Obama İsrailə dəstək olacağına söz verdi

Gunaz.tv
Obama İsrailə dəstək olacağına söz verdi ABŞ İsraillə yaxın əlaqələrini saxlayır. Təhlükəsizlik ABŞ üçün prioritet olaraq qalmaqdadır.Bu haqda prezidentliyə namizəd Obama prezident Şimon Pereslə görüşündə bildirib. “Mən İsrail ilə ABŞ arasında xüsusi əlaqələrin olduğunu təsdiq etmək üçün buradayam və mənim daimi sadiqliyim İsrailin təhlükəsizlik hədəfləridir.İnanıram ki, prezident və ya senator rolunda effektiv partnyor ola bilərəm”- deyə Obama qeyd edib.Namizəd həmçinin müxalifət liderləri ilə görüşərək, onlarla İranın nüvə proqramını müzakirə edib. -------------------------------------------------------------------- Rumın səfiri də ermənilərin təxribatından danışıb Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Urike millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Tovuz rayonunda səfərdə olub. Səfir Ermənistanla sərhəddə yerləşən Tovuzun Əlibəyli, Ağdam və Hacıalı kəndlərinə baş çəkib və oradakı mövcud vəziyyətlə tanış olub. Rumıniya səfiri öncə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşüb. Deputat Qənirə Paşayevanın sözlərinə görə, diplomatın bölgəyə səfərə dəvət edilməsi əsasən iki məqsədlə bağlıdır. Birincisi, diplomatı reqionla və yerli istehsal növləri, eləcə də biznes sahələri ilə tanış etməkdi. Q.Paşayeva rumın iş adamlarının Tovuzda kənd təssərüfatı sahəsində sahibkarlarla əməkdaşlığının qurulmasını mümkün hesab edib. "Tovuz sərhədyanı bölgədir, uzun illər investorları bu rayona cəlb etəmək çox çətin olub. Amma bura investorların cəlb olunması iqtisadi inkişaf üçün çox önəmlidir. Diplomatik korpusların nümayəndələri bu cür səfərlər vasitəsilə regionla ətraflı tanış olduqdan sonra onlar öz ölkələrinin investorlarını bura yönləndirəcəklər" – deyən millət vəkili, dəvətin ikinci məqsədinin Ermənistan ordusunun ərazilərimizdə və sərhəddə yerləşən kəndlərdə törətdiyi vandalizim faktlarını səfirə göstərmək olduğunu bildirdi. Səfir Nikolay Urike torpaq sahələrinin yandırılıması və evlərin, məzarlıqların dağıdılmasını gözlərilə gördü və məyus olduğunu dilə gətirib: "Mənim burda gördüklərim, real vəziyyət mətbuatdan oxuduqlarımdan və televiziyada gördüklərimdən çox fərqlidir. Ermənistanın mütəmadi atəşkəsi pozmasını, sivil vətəndaşlara qarşı törədilənləri yerində gördüm. Ermənilər atəşkəs rejimini mütəmadi pozur və onlar hətda əkin-biçinlə məşğul olan dinc sakinləri belə snayperlə vururlar. Bu da insanların təhlükəli şəraitdə yaşamasından xəbər verir. Biz ona görə bu münaqişənin sülh yolu ilə həll olunması üçün daha çox çalışmalıyıq. Rumıniya münaqişənin sülh yolu ilə həll olmasını dəstəkləyir".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar