SON XƏBƏRLƏR

OBAMA PREZİDENT KÜRSÜSÜNƏ DOĞRU İRƏLİLƏYİR.Onun reytinqi con Makkeyndən yüksəkdir

2021.10.20, 07:36
OBAMA PREZİDENT KÜRSÜSÜNƏ DOĞRU İRƏLİLƏYİR.Onun reytinqi con Makkeyndən yüksəkdir

Gunaz.tv
OBAMA PREZİDENT KÜRSÜSÜNƏ DOĞRU İRƏLİLƏYİR Onun reytinqi con Makkeyndən yüksəkdir ABŞ-da demokratların prezidentliyə namizədi Barak Obamanın reytinqi artmaqdadır. Son rəy sorğularına görə, o, prezident postu uğrunda mübarizədə respublikaçıların namizədi Con Makkeyni qabaqlayır. İllinoys ştatından olan qaradərili gənc senatora hazırda Amerika seçicilərinin 51 faizi səs verməyə hazırdır, Makkeyn isə cəmi 36 faiz seçicinin dəstəyini qazana bilər. “Newsweek” jurnalının apardığı araşdırmalara görə, seçkilər indi keçirilsəydi Makkeynin prezident olmağa heç bir şansı qalmazdı. Baxmayaraq ki, ötən ay onun reytinqi Obama ilə eyni olub. May ayında aparılan sorğulara görə, Obama və Makkeynin hər biri 46 faiz səsə ümid edə bilərdi. Ekspertlər qeyd edirlər ki, Obama Demokratlar Partiyasının vahid namizədinə çevriləndən sonra öz tərəfdarlarının sıralarını daha da genişləndirdi. Rəy sorğusuna görə hazırda amerikalıların cəmi 14 faizi ölkənin düzgün istiqamətdə getdiyini hesab edir. 51 faiz isə inanır ki, Obama Ağ Evdə və ölkədə dəyişikliklər etməyə qadir yeganə şəxsdir. 27 faiz isə Makkeyni ölkədə dəyişikliklər həyata keçirməyə qadir siyasətçi sayır. Bunlar hələ ilkin rəy soğrularıdır. Prezidentliyə namizədlərin reytinqi əsasən onların canlı televiziya debatları nəticəsində müəyyən olunur. Buna baxmayaraq ekspertlər Obamanın populyarlığının yüksək olaraq qalacağına əmindir. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar