SON XƏBƏRLƏR

OBAMA PREZİDENT OLSA, QOŞUNLARI İRAQDAN ÇƏKİB PAKİSTANA YERİDƏCƏK

2021.10.20, 07:36
OBAMA PREZİDENT OLSA, QOŞUNLARI İRAQDAN ÇƏKİB PAKİSTANA YERİDƏCƏK

Gunaz.tv
OBAMA PREZİDENT OLSA, QOŞUNLARI İRAQDAN ÇƏKİB PAKİSTANA YERİDƏCƏK “Yəqin Buş özü də bilir ki, terrorla mübarizənin əsas cəbhəsi İraq deyil və heç vaxt olmayıb” 1576.jpg Amerika prezidentliyinə demokratların namizədi Barak Obama elan edib ki, o, prezident seçiləcəyi təqdirdə ölkəsinin antiterror hədəfini İraqdan Pakistanın tayfalar yaşayan ərazilərinə çevirəcək. BBC-nin xəbərinə görə, həmin ərazini terrorçu sığnağı adlandıran Obama bildirib ki, “əl-Qaidə” üzərinə zərbə məhz Pakistanda cəmləşməlidir. Barak Obama vəd edib ki, ilk on altı ay ərzində İraqdakı Amerika əsgərlərinin çoxunu evlərinə qaytaracaq. Onun fikrincə, iraqlılar İraqın təhlükəsizliyini özləri təmin etməyi bacarmalıdırlar. Obama həmçinin qlobal iqlim dəyişikliyinə və “zülmkarlığa” qarşı mübarizə aparacağını deyib. Prezidentliyə namizədin sözlərinə görə, İraq mükəmməl bir yer olmayacaq və ABŞ-ın da onu mükəmməl edəcək qədər vəsaiti yoxdur: “Mənim prezident ofisinə gəldiyim gündə əsgərlərə əmr edəcəyim ilk missiya belə olacaq: bu müharibəni qurtarmaq”. Ekspertlər bildirirlər ki, Barak Obamanın bu çıxışı onun Avropa liderləri, habelə İsrail və İordaniya rəhbərliyi ilə danışıqlarının ərəfəsinə təsadüf edir. Öz növbəsində Obamanın rəqibi, respublikaçıların namizədi senator Con Makkeyn deyir ki, Obama ötən il ərzində Amerika qüvvələrini artırmaqla qazanılmış uğurları məhv edəcək. Bununla belə Barak Obama bəyan edib ki, o, Amerikanın xaricdəki hərbi qüvvələrini İraqdan Pakistan və Əfqanıstan üzərinə yönəldəcək. “Yəqin prezident Buşa və Senator Makkeynə də aydındır ki, terrora qarşı müharbənin əsas cəbhəsi İraqda deyil və heç vaxt da olmayıb” - deyə Obama bildirib. O qeyd edib ki, “əl-Qaidə” nin bazası Pakistanda, Əfqanıstandakı keçmiş sığnaqlarından Vaşinqtonla Filadelfiya arasındakı dəmiryolu məsafəsi qədər məsafədədir: “Əgər ölkəmizə daha bir hücum olsa, bu hücum 11 sentyabr hücumunun planlaşdırdığı yerdən gələcək. Halbuki bizim İraqdakı qoşunlarımızın sayı Əfqanıstandakından 5 dəfə çoxdur”. Obama deyib ki, Pakistan terrora qarşı mübarizədə aciz olsa, ona izah edilməlidir ki, Amerika Üsamə bin Laden kimi hədəfləri özü vuracaq. İran məsələsinə toxunarkən Barak Obama deyib ki, əgər bu Amerikanın maraqlarına cavab verərsə, Tehranla danışıqlara hazır ola bilər. Amerikada keçirilən son rəy sorğuları göstərir ki, Barak Obamanın ən zəif yeri hələlik onun milli təhlükəsizliklə bağlı platformasıdır. Rəyi soruşulanların yalnız 48 faizi Barak Obamanı ölkənin layiqli baş komandanı kimi gördüyünü deyib, halbuki keçmiş Vyetnam veteranı Makkeynin bu qabiliyyətinə səslərin 72 faizi düşüb. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar