SON XƏBƏRLƏR

Robert Mali Bəhreynin xarici işlər naziri ilə İran məsələsini müzakirə edib

2021.10.20, 12:23
Robert Mali Bəhreynin xarici işlər naziri ilə İran məsələsini müzakirə edib

Gunaz.tv

Bu barədə Bəhreyn Xarici İşlər Nazirliyi yaydığı bəyanatda məlumat yayıb.


Bildirilir ki, telefon danışığında İranın dünya gücləri ilə Vyanada aparılan və yarımçıq qalmış nüvə danışıqları, İranın danışıqlardan boyun qaçırması, eləcə də 2015-ci ildə imzalanmış nüvə razılaşmasının yenidən canlandırılması üçün aparılan səylər barədə müzakirə aparılıb, fikir mübadiləsi edilib.


Telefon danışığında həmçinin Bəhreyn də daxil olmaqla region ölkələrinin, İranın nüvə və raket proqramlarından narahat olduqları  vurğulanaraq, bu nigaranlıqların aradan qaldırılması xüsusunda fikir mübadiləsi aparılıb.


Telefon danışığının detalları mediaya açıqlanmayıb. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar