SON XƏBƏRLƏR

Robert Mali: “Nüvə razılaşmasını canlandırmaq üçün aparılan cəhdlər kritik mərhələdədir”

2021.10.26, 12:22
Robert Mali: “Nüvə razılaşmasını canlandırmaq üçün aparılan cəhdlər kritik mərhələdədir”

Gunaz.tv

O deyib ki, dünya güclərinin İranla Vyanada apardığı danışıqlar uğursuz alınsa belə, diplomatiyanın pəncərəsi heç vaxt bağlanmayacaq.


“Nüvə razılaşmasını canlandırmaq üçün aparılan cəhdlər kritik mərhələdədir.

 
Hazırda isə ABŞ prezidenti Co Bayden hökuməti İranın Vyana danışıqlarına qayıtmayacağı təqdirdə mümkün növbəti addımın nədən ibarət olacağını müəyyənləşdirmək üçün Avropa və Orta Şərq regionu ölkələrinin rəhbərləri ilə danışıqlar aparır. 


Hesab edirəm ki, Amerika İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün digər variant və ya seçimlərdən istifadə edəcək.


Amerikanın səbri artıq tükənmək üzrədir, İranın isə Vyana danışıqlarına qayıtmamasına haqq qazandırmaq üçün arqumentləri çox zəifdir ”, -deyə Amerika Birləşmiş Ştatlarının İran üzrə xüsusi nümayəndəsi Robert bildirib. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar