SON XƏBƏRLƏR

Robert Mali: “Vyana danışıqlarının məğlubiyyətə uğraması İrana qarşı çox ağır təzyiqlərə gətirib çıxaracaq”

2021.12.10, 10:32
Robert Mali: “Vyana danışıqlarının məğlubiyyətə uğraması İrana qarşı çox ağır təzyiqlərə gətirib çıxaracaq”

Gunaz.tv

O deyib ki, İran qeyri-ciddi şəkildə Vyana danışıqlarına qatılmaqla öz nüvə proqramını irəli aparmaq üçün vaxt qazanmağa çalışır.

“Görünür ki, İran Beynəlxaq Atom Enerjisi (MAQATE) ilə imzaladığı razılaşmanı pozmaqla ikinci bir yolu seçib.

Belə ki, üzdə danışıqlara qatılmaqla vaxt qazanmağa və öz nüvə proqramını inkişaf etdirməyə çalışır.

Amerika ötən aprel ayından bu yana nüvə raılaşmasını (“Bərcam-ı”) pozduğuna görə, İrana qarşı tətbiq etdiyi bütün sanksiyalara ləğv etməyə hazır olduğunu bildirib.

Hesab edirik ki, əgər İran danışıqlarda ciddi olduğunu göstərsə, Amerika da qarşılıqlı olaraq nüvə razılaşmasına qayıdışın sürətlə reallaşması üçün ciddi və konstruktiv tərəf kimi çıxış edəcək.

Lakin əgər diplomatiya öz bəhrəsini verməsə və nüvə raılaşmasının calandırılması üçün Vyanada aparılan müzakirələr məğlubiyyətə uğrasa biz İranın müxtəlif sahələrdəki gəlir yollarını bağlamaq üçün yeni tədbirlər görəcəyik”, -deyə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mali BBC-yə açıqlamasında Vyana müzakirələrindən danışarkən bildirib.

Qeyd edək ki, noyabrın 29-da Qərbin beş gün müddətinə Vyanada İranla apardığı nüvə danışıqlarının 7-ci mərhələsi Tehranın dekonstruktiv mövqe sərgiləməsi səbəbi ilə məğlubiyyətə uğrayıb.

Bir həftəlik fasilədən sonra 2015-ci ildə imzalanmış nüvə razılaşmasını canlandırmaq üçün aparılan danışıqların 8-ci mərhələsinə isə dekabrın 9-da start verilib.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar