SON XƏBƏRLƏR

Xocalı soyqırımı İngiltərə və Pakistan mediasında

2022.02.28, 08:40
Xocalı soyqırımı İngiltərə və Pakistan mediasında

Gunaz.tv

İngiltərənin t-vine.com və Pakistanın “National Herald Tribune” qəzetində və qəzetin dailynht.com adlı saytında yayımlanan yazıda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirilməsini təmin etmək tapşırıldığı qeyd olunur.

Azərbaycanın İndoneziyadakı səfirliyinin dəstəyi ilə yayımlanan yazıda həmçinin diqqətə çatdırılır ki, bütün dünyanın Xocalıda baş verənlərdən xəbəri olması zəruridir ki, bir daha bu cür dəhşətli hadisələr təkrarlanmasın: “Ona görə də Xocalı soyqrıımına təkcə ermənilərin Azərbaycanlılara qarşı qətliamı kimi yanaşmaq doğru deyil. Xocalı soyqrımım bütün insanlığa qarşı yönələn cinayətdir və bütün dünya buna hüquqi və siyasi qiymətini verməlidir”.

Məqalədə həmçinin 1992-ci ildə Xocalı soyqırımının dünyanın nüfuzlu mediası tərəfindən də işıqlandırıldığı qeyd olunur və “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Röyter”, “Sandey Tayms”, Tayms” kimi nəşrlərdən sitatlar verilir. 

Xocalı soyqırımı nəticəsində konkret rəqəmlərlə itkilərdən və dəhşətli nəticələrdən söz açılan yazıda qeyd olunur ki, bütün bu vandallığı həyata keçirən erməni silahlı birləşmələrinə komandanlığı Ermənistanın sabiq prezidentləri Koçaryan və Serj Sərkisyan ediblər və çox təəssüf ki, hələ də cəzasızdırlar. 

Daha sonra bir çox ölkələrin Xocalı soyqırımını rəsmən tanıdığı və bu prosesin davam etdiyi  önə çəkilir: “Hesab edirik ki, digər ölkələr də ədalətin yanında olmalı və bəşəriyyətə qarşı törədilmiş bu soyqırım aktına öz hüquqi və siyasi qiymətini verməlidir. Bunun üçün ciddi araşdımaya ehtiyac yoxdur. Bu soyqırım aktı bütün dünyanın gözü qarşısında baş verib və dünya mətbuatında məsələ ilə bağlı kifayət qədər məlumatlar var.

Bəşəriyyətə qarşı yönələn bu cinayətin bir daha təkrarlanmamasını arzu edirik. Buna görə də, bütün dünyada fəaliyyət göstərən həmkarlarımızı bu soyqırım aktının daha çox işıqlandırmalarına və ədalətin öz yerini tapmasına dəstək vermələrinə çağırırıq”.

Yazılara bu linklərdən daxil olmaq mümkündür:

http://www.t-vine.com/wheres-the-justice-remembering-the-1992-khojaly-genocide-when-613-azerbaijanis-were-murdered/?fbclid=IwAR0qd1La7ZNOYILamEmETduuQOz-fqEi3vA-PsIi-kGJipE0hL13n6v93dY


https://dailynht.com/news/story/81397?fbclid=IwAR2aLeXCv9NkuLvY9s2ed4NAdyiNonk59eBl8f6UR2KhudWrKj0FcUPeOdY

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar