SON XƏBƏRLƏR

Öcalandan PPK-ya mesaj

2021.10.20, 07:36
Öcalandan PPK-ya mesaj

Gunaz.tv

GünAzTv: Öcalan təşkilata «Atəşkəsi uzadın, Türkiyədən çəkilin» mesajı Verdi. PPK rəhbərliyi türk silahlı qüvvələrindən hərbi əməliyyat olmayacağına dair zəmanət istəyir!

PKK-nın öz yaraqlılarını Türkiyədən çıxarmağı planlaşdırdığı, təhlükəsiz çıxışı təmin etmək üçün Sülh və Demokratiya Partiyası (SDP) liderlərinin Şimali İraq Kürd Adminstrasiyasının rəhbəri Məsud Bərzani ilə görüşə yollandıqları barədə xəbər yayılıb. Türkiyənin «Sabah» qəzetinin yazdığına görə, PKK hərəkətsizlik qərarını 2011-ci ilin iyun ayına qədər uzatmaq barədə qərarının ardından daha bir ciddi addıma imza ataraq İraqın şimalına çəkilməyi planlaşdırır. Məqalədə deyilir: «SDP-nin baş katibi Səlahəddin Demirtaşın rəhbərliyi altında bir heyət ani bir qərarla və bu gündəmlə Erbilə gedib. Ziyarət son ana qədər gizli saxlanıb. Demirtaşla birlikdə SDP həmsədri Gültan Kışanak, sədr vəkili Bengi Yıldız srağagün səhər saatlarında Şırnakın Silopi mahalından quru yolu ilə Şimali İraqa yollanıblar. Məsələ gündəmə sızından sonra Demirtaş iki günlük ziyarətin səbəbini Erbil nümayəndəliyinin açılışı ərəfəsində müzakirələrlə izah edib. Öcalanın verdiyi «Türkiyədən çəkilin» təlimatına uyğun olaraq Bərzaniyə «PKK-çılara bölgədə nəzarətli yaşam haqqının tanınması» mesajı veriləcək. Türkiyədə hələ də 1500-yə yaxın PKK yaraqlısının olduğu təxmin edilir. Təşkilatın Öcalan tutulduqdan sonra 1999-cu ildə kütləvi çəkilməsi zamanı 100-dən artıq itki verməsi yeni çəkilmə planı ərəfəsində narahatlıq yaradır. Yaraqlıların qış gəlmədən və qarşıdurmaya girmədən çəkilə bilməsi üçün çoxistiqamətli koordinasiya işlərinin davam etdirilməsi lazımdır. Təşkilatın Şimali İraqda Türkiyə sərhədinə yaxın düşərgələrdə qışı keçirməsi Ankara üçün strateji əhəmiyyət daşıyır. Avaşin, Haftanin, Hakurk və Zap düşərgələri təşkilatın Türkiyəyə asanlıqla giriş-çıxış etdikləri nöqtələr olaraq tanınır. Buna görə də geri çəkilən qrupların Şimali İraqın daha dərin bölgələrinə Şam Dağı ətəklərində yerləşən kəndlərdə məskunlaşması nəzərdə tutulur. Abdullah Öcalanın «Atəşkəsi uzadın, Türkiyədən çəkilin» çağırışı PKK-nın İcraiyyə Şurasının sədri Murad Karayılan və digər təşkilat liderlərinə şəxsən çatdırılıb. Beləliklə, Öcalan və dövlət qurumları arasında son bir həftə ərzində aparılan dialoqun ən əhəmiyyətli maddəsini «Türkiyədən çəkilmə» təşkil edib. A.Öcalana «Hərəkətsizlik qərarı verilsə də, dağlarda olduğunuz halda təxribat zəmini mövcudluğunu davam etdirəcək, hər iki tərəfdən qarşıdurmaların bitməsini istəməyənlər var və onların prosesi sabotaj etməsinə imkan verməmək üçün qüvvələrinizi Türkiyədən çıxarın» mesajı çatdırılıb. Dialoqun son mərhələsində Öcalan PKK qüvvələri geri çəkilərkən Türkiyə silaşı qüvvələri tərəfindən onlara qarşı əməliyyat həyata keçirilməyəcəyinə zəmanət istəyib».  Bizim yol

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar