SON XƏBƏRLƏR

Xocavənddə ağır qəza: Yaralananların 11-i Türkiyə vətəndaşıdır

2022.02.07, 10:50
Xocavənddə ağır qəza: Yaralananların 11-i Türkiyə vətəndaşıdır

Gunaz.tv

Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.

İlkin ehtimala görə, sürücünün idarəetməni itirməsi səbəb olub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 16 nəfər ilkin tibbi yardımdan sonra Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.


Qeyd edilib ki, onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir.

Digər 11 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir.

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar