SON XƏBƏRLƏR

Dohada İran və Amerika arasında müzakirələr başlayır

2022.06.28, 07:02
Dohada İran və Amerika arasında müzakirələr başlayır

Gunaz.tv

Qeyd edək ki, yaxın bir neçə saat ərzində Dohada nüvə anlaşmasının dirçəldilməsi ilə bağlı danışıqların başlanacaq.

Amerikanın İran üzrə xüsusi nümayəndəsi Robert Mali iyunun 27-də Dohaya səfər edib və İran rəsmilərinin verdiyi məlumata görə, Əli Baqeri Kəni də bu gün səhər saatlarında Dohaya yollanacaq.

Məlumata görə, tərəflər arasında mesajlar Avropa İttifaqının nümayəndəsi və nüvə razılaşmasının canlandırılması üzrə müzakirələrin koordinatoru Enrike Mora vasitəsilə çatdırılacaq.

Qeyd edək ki, İranın ali lideri Əli Xameneyi Amerika ilə birbaşa müzakirələri qadağan edib. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar