SON XƏBƏRLƏR

Oktyabrın sonlarından Buşehr Atom Elektrik Stansiyasının 2-ci korpusunun inşasına başlanılacaq

2021.10.20, 07:36
Oktyabrın sonlarından Buşehr Atom Elektrik Stansiyasının 2-ci korpusunun inşasına başlanılacaq

Gunaz.tv

GünAz TV: İranın Atom Enerjisi üzrə Agentliyinin sözçüsü Bəhruz Kamalvəndi Buşehr Stansiyasının 2-ci korpusunun betontökmə mərasiminin oktyabr ayının sonlarına doğru baş tutacağını bəyan edib.

 

Atom elektrik stansiyasının yeni korpuslarının tikilməsilə bağlı 2014-cü ilin oktyabr ayında İranla Rusiya arasında müqavilə imzalanmışdı. Layihənin icrasının təməlqoyma mərasimi 2016-cı ilin sentyabr ayında, İranın vitse-prezidenti İshaq Cahangiri və Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehinin iştirakı ilə keçirilmişdi.

 

2-ci korpusun betontökmə mərasimindən 18 ay sonra 3-cü korpusun da inşasına başlanılacağı bildirilir. Salehi bir müddət əvvəl 2-ci korpusun 6 il, 3-cünün isə 8 il sonra istismara veriləcəyini demişdi.

 

Hər 3 korpusun gələcəkdə 3000 meqavat elektrik istehsal etmə potensiyalına sahib olacağı gözlənilir.

 

Rusiya Buşehr AES-in ilk korpusunun tikintisinin icrasını 12 il təxirdən sonra həyata keçirmişdi.

 

Qeyd etmək lazımdır ki, Ərak, Buşehr və Fordo kimi nüvə layihələri müvəqqəti olaraq hələ ki, Amerika Birləşmiş Ştatlarının İrana qarşı qəbul etdiyi sanksiyalara tuş gəlməyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar