SON XƏBƏRLƏR

Polşa İrana 1 milyon doza AstraZeneca vaksini göndərəcək

2021.10.20, 07:36
Polşa İrana 1 milyon doza AstraZeneca vaksini göndərəcək

Gunaz.tv

Bu barədə Polşanın Tehrandakı səfirliyi oktyabrın 14-də "Twitter” səhifəsində etdiyi paylaşımında məlumat yayıb. 


Məlumatda bildirilir ki, Polşa həmin vaksinləri İranda əhalinin vaksinasiya işinə yardım məqsədilə hədiyyə olaraq Tehrana göndərəcək.


İran Qızıl Aypara Cəmiyyətinin rəisi Kərim Hemməti oktyabrın 14-də mediaya açıqlamasında deyib ki, vksinasiya işini sürətləndirmək üçün ötən bir həftə ərzində 18 milyon doza vaksin ölkəyə gətirilib.

 
Qeyd edək ki, İranda geniş yayılmış koronavirusdan ölənlərin sayının gündən-günə artmasına baxmayaraq, vaksinasiya işi çox ləng aparılır.


 İran rəsmiləri ölkə daxilində istehsal edilən vaksinlərdən istifadə edilməsinə təkid etsələr də, əhalinin əksəriyyəti xarici vaksinlərə üstünlük verirlər. 


A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar