SON XƏBƏRLƏR

Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi

2021.11.29, 08:33
Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi

Gunaz.tv

Tədbirdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Nərgiz Qurbanova, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva və Polşa Elmlər Akademiyasının rəhbəri Jejı Duşınskı çıxış ediblər.

Səfir Nərgiz Qurbanova Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verib.

Onun sözlərinə görə, dünya ədəbiyyatının parlaq nümayəndəsi olan Nizami Gəncəvi özünü ölməz, bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib.

Dahi Nizaminin Azərbaycan, dünya ədəbiyyatına verdiyi töhfələrdən danışılıb, onun yaradıcılığının fəlsəfi aspektlərinə toxunulub.

Qeyd edək ki, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Nizami Gəncəvinin polyak dilində "Kağıza incitək sözlər düzən Şahlar Şahıyam" kitabının və poçt markalarının təqdimatı olub.

Kitabın təqdimatını Polşa Yazıçılar Birliyinin sədri Anna Naşilovska, poçt markalarının təqdimatını isə "Poczta Polska" Səhmdar Cəmiyyətinin Beynəlxalq Əməkdaşlıq və Ticarət Şöbəsinin rəhbəri Kşıştof Gurski edib.

Tədbir musiqili hissə ilə davam edib, sonda isə qonaqlar kitabda yer alan rəsm əsərlərindən ibarət sərgiyə dəvət edilib. Sərginin sonunda qonaqlara ziyafət verilib. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar