SON XƏBƏRLƏR

Polşalı səyyah Qarabağda: “Kəndlərdən və şəhərlərdən heç bir nişanə qalmayıb”

2022.02.16, 10:44
Polşalı səyyah Qarabağda: “Kəndlərdən və şəhərlərdən heç bir nişanə qalmayıb”

Gunaz.tv

Bunu Şuşada Polşadan olan səyyah Daniel Zaqrodski deyib.

Şuşanı ilk dəfə gördüyünü vurğulayan səyyah şəhərin yenidən bərpası üçün qısa zamanda böyük işlər görüldüyünü qeyd edib: “Eyni zamanda, nəzərə alsaq ki, burada əhali yenidən yaşayacaq, hələ görüləcək işlər çoxdur. 

Bu yerlərin bu şəkildə dağıdıldığını görmək kədərlidir. İlk dəfədir ki, mən televiziyada və ya "Youtube"də deyil, öz gözlərimlə bir şəhərin müharibədə necə dağıdıldığını görürəm.

Kədərli görüntüdür, lakin eyni zamanda, bu şəhərdə həyat bərpa olunur. 

Yolboyu gördüyüm dağıntılar sadəcə, dəhşətdir, mən yalnız dağıntıları gördüm. Bir zamanlar kəndlər olduğu ərazilərdə indi heç nə qalmayıb, hər şey dağıdılıb, silinib. Bu, həqiqətən kədərlidir. Şuşada ən azından bir neçə bina qalıb və onları bərpa etmək olar, lakin digər ərazilərdə sadəcə, hər şey məhv edilib. 

Əvvəlki kəndlərdən, qəsəbə və şəhərlərdən heç bir nişanə qalmayıb. Mən bu yerlərin çoxlu şəkillərini çəkdim. Görüntülər kədərlidir. Ağdam, bu şəhər "ruhlar şəhəri" adlanır”.

Qeyd edək ki, bu gün xarici ölkələrdən olan bir qrup tanınmış səyyah işğaldan azad edilmiş ərazilərə səfər edib. Səyyahlar Şuşadan sonra Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilana səfər edəcək. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar