SON XƏBƏRLƏR

Yol qəzaları nəticəsində İranda yüzlərlə insan həyatını itirib

2022.03.22, 09:05
Yol qəzaları nəticəsində İranda yüzlərlə insan həyatını itirib

Gunaz.tv

Sirani deyib ki, bununla yanaşı minlərlə insan yol qəzalarında ağır yaralanıb. Nəqliyyatı İdarəetmə Mərkəzinin başçısı bayram tətilləri günlərində yüksək sürətin qəzaların baş verməsində əsas amillərdən biri olduğunu söyləyib.

Qeyd edək ki, İranın avtomobil yolları dünyanın ən ölümcül yolları arasında yer alır.

İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.
Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.

İranın Tibbi Ekspertiza Mərkəzinin yayınladığı son məlumata görə, ölkədə yol qəzalarında həyatını itirənlərin illik sayı ortalama 17 min nəfər, yaralananların sayı isə 35 min nəfər civarındadır.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar