SON XƏBƏRLƏR

"Rusiya İrana kiber avadanlıq verir"- “Vol Strit Jurnal”

2023.03.28, 04:59
"Rusiya İrana kiber avadanlıq verir"- “Vol Strit Jurnal”

Gunaz.tv

Bu barədə “Vol Strit Jurnal”ın məqaləsində deyilir.

Məqalə müəllifi iddia edir ki, iki ölkə iki il əvvəl kiber əməkdaşlıq haqqında saziş imzalayıb.

Qeyd olunur ki, əvvəllər Rusiya qaranlıq şəbəkədə (darknet) istifadəsi səbəbindən İrana kiber hücum texnologiyaları verməkdən ehtiyat etsə də, Ukraynada xüsusi əməliyyat başlayandan sonra vəziyyət dəyişdi və Moskva bu texnologiyanın proqram təminatını ötürməyə başladı.

Toronto Universitetinin Citizen Lab mərkəzinin araşdırmasına görə, İran Rusiyanın “Protey” şirkətindən internet senzura proqramlarını alıb və İranın mobil rabitə provayderi “Ariantel”ə verib.

Bundan əlavə, bildirilir ki, İran hakimiyyəti daxili etirazlar zamanı internet trafikini ləngitmiş və etirazçıların axtarışı və saxlanması üçün müşahidə sistemlərindən istifadə etmişdir.

Günaz.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar