SON XƏBƏRLƏR

Yol və Şəhərsalma İdarəsinin başçısı: "Ərdəbildə 141 min insan gecəqondularda yaşayır"

2022.08.20, 09:50
Yol və Şəhərsalma İdarəsinin başçısı: "Ərdəbildə 141 min insan gecəqondularda yaşayır"

Gunaz.tv

Onun sözlərinə görə, 2699 hektar ərazidə yaşayan 141 min nəfər ibtidai şəhər infrastrukturundan məhrum vəziyyətdədirlər.

M.Heydəri Ərdəbil şəhəri başda olmaqla əyalət şəhərlərinin sahəsinin 30 faizinin gecəqondulardan ibarət olduğunu bildirib.

Ərdəbil valisinin abadlıq işləri üzrə müavini Kəmaləddin Mircəfəriyan gecəqonduların çoxalmasını kəndlərdən şəhərlərə köçün artması ilə əlaqələndirib.

O, kəndlərdə məşğulluq problemlərinin olduğunu, kəndlərə yetərincə diqqət ayrılmadığını köçün artmasına və şəhərlərdə  qeyri-standart yaşayış bölgələrinin yaranması ilə nəticələndiyini qeyd edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar