Oleksi Reznikov: "Ukrayna Azərbaycanı dəstəkləyib və dəstəkləməkdə davam edəcək"

2021-04-14 16:52

“Biz – Ukrayna və Azərbaycan oxşar talelərə sahibik. Bizim heç də həmişə mehriban olmayan qonşularımız var. Bizim bəzi ərazilərimiz işğal altındadır. Sizdə bu, Qarabağ idi, bizdə isə bu, Donbasın bir hissəsi və Krımdır”.

Gunaz.tv Quote | Gunaz article

Bu fikirləri Azərbaycanda işgüzar səfərdə olan Ukrayna baş nazirinin müavini – müvəqqəti işğal edilmiş ərazilərin yenidən inteqrasiyası naziri Oleksi Reznikov Ağdamda jurnalistlərə bildirib.

“Sizi təbrik edirəm. Siz azad edilmiş torpaqlardasınız və mən burada qonağam. Burada gördüklərimin hamısı, əlbəttə ki, dəhşətli görünür. Ancaq, əminəm ki, gələn dəfə ziyarətə gələndə burada yeni və gözəl bir Ağdam olacaq”, - Reznikov deyib.

Baş nazirin müavini qeyd edib ki, Ukrayna nümayəndə heyətinin səfərinin məqsədi azad edilmiş ərazilərin infrastrukturunun bərpası məsələsində Azərbaycanın təcrübəsi ilə tanış olmaq və əvəzində Ukrayna təcrübəsini təklif etməkdir: “Bildiyiniz kimi, Donbasın azad edilmiş ərazilərinin bir hissəsi də minalanmışdır. 

Faydalı ola biləcəyimiz sahələrdə yardım əlimizi uzatmağa və eyni zamanda Azərbaycan təcrübəsini öyrənməyə hazırıq. Bizə dost və tərəfdaş olan bir ölkəyə gəlmişik. Minadan təmizlənməli geniş bir əraziniz var və bunun praktikada necə baş verdiyini gördük”.

Baş nazirin müavini Ukraynanın Azərbaycanı dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini vurğulayıb: “Sizin ərazi bütövlüyünüzə və suverenliyinizə hörmət edirik. Hesab edirik ki, heç kim beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişdirmək hüququna malik deyil və öz ərazi bütövlüyümüzə və suverenliyimizin toxunulmazlığına eyni hörməti gözləyirik. Buna görə hər zaman sizin tərəfinizdə olacağıq”. (report)

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İşğaldan azad olunan Hadrut qəsəbəsi- VİDEO

2021-05-08

gun az article

İrandan Qarabağa qeyri-qanuni yük daşınmasını əks etdirən növbəti görüntü yayılıb - VİDEO

2021-05-08

gun az article

İranda koronavirusdan daha 283 nəfər ölüb, 13 576 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-08

gun az article

İranın Kürdüstan əyalətində 4,4 bal gücündə zəlzələ baş verib

2021-05-08

gun az article

Qərbin İran siyasəti dəyişə bilər: "Nüfuzlu amerikalı araşdırmaçıların gəldiyi nəticə çox önəmlidir"-RƏYLƏR

2021-05-08

gun az article

Xalq şairi Musa Yaqub doğulduğu kənddə dəfn olunub

2021-05-08

gun az article

Səfir: “Azərbaycanın dəstəyi sayəsində Gürcüstanda bir çox insanın həyatı xilas edilib”

2021-05-08

gun az article

Sistan-Bəlucistanda silahlı qarşıdurma: “Bəsic”in 2 üzvü öldürüldü

2021-05-08

gun az article

ANAMA: Füzulidə minatəmizləmə əməliyyatları davam etdirilir

2021-05-08

gun az article

Vətən müharibəsinin şəhidi Elməddin Vəkilovla Daşkəsəndə vida mərasimi keçirilib

2021-05-08

gun az article

Əziz Şuşa, biz qayıtmışıq!- 29 ildən sonra qalada Azərbaycan bayrağı dalğalanır 

2021-05-08

gun az article

Azərbaycanda ictimai nəqliyyat 7 gün işləməyəcək

2021-05-08

gun az article

Vyanada İranla dünya gücləri arasında nüvə danışıqlarının 4-cü raundu başlayıb

2021-05-08

gun az article

İlham Əliyev Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı

2021-05-07

gun az article

Məktəblərdə dərslər qismən bərpa olunur

2021-05-07

gun az article

Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ

2021-05-07

gun az article

Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI

2021-05-08

gun az article

ÜST Çinin “Sinopharm” peyvəndini istifadə üçün təsdiqlədi

2021-05-07

gun az article

Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”

2021-05-07

gun az article

"Qarabağı unudun"-Erməni deputat xalqa çağırış etdi

2021-05-07