SON XƏBƏRLƏR

Olimpiya terrorçuları.Çin uyğurlara gün verib, işıq vermir

2021.10.20, 07:36
Olimpiya terrorçuları.Çin uyğurlara gün verib, işıq vermir

Gunaz.tv
Olimpiya terrorçuları Çin uyğurlara gün verib, işıq vermir Çin hökuməti ölkənin əsasən müsəlman uyğurların yaşadığı şimal-qərbində Olimpiada zamanı terror hazırlamaqda şübhəli bilinən 82 nəfəri həbs edib. "France Presse" agentliyinin məlumatına görə, Sintzyan-Uyğur muxtar rayonunun paytaxtı olan Urumçi şəhərinin polis rəisi ölkədə əsl terror təhlükəsinin yarandığını vurğulayıb. Ötən gün Çin polisinin Urumçidə beş uyğuru güllələdiyi barədə məlumat yayılıb. Onların çinlilərə qarşı "cihad"a başlamaq istədikləri vurğulanır. Hakimiyyət orqanları ekstremist əhval-ruhiyyənin qarşısını almaq bəhanəsini əldə rəhbər tutaraq Sintzyan-Uyğur muxtar rayonunda 41 məscidi bağlayıb. Guya ki, həmin məscidlərdə "müqəddəs müharibə"yə başlamaq çağırışları səslənirmiş. Pekin olimpiadasının təşkilat komitəsi bəyan edib ki, oyunların təhlükəsizliyi onları narahat edən əsas məsələdir. Avqust ayı bu işi yoluna qoymaq üçün Çin hökuməti 100 min polisi səfərbər edib. Onlara bu işdə 500 min könüllü kömək göstərəcək. Oyunların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi stadion isə torpaq-hava sistemli raketlər tərəfindən müdafiə olunacaq. Metroda və Tyanan-mi meydanında gediş-gəliş üçün də yüksək təhlükəsizlik tədbirləri görüləcək. Avqustun 8-də Pekində Yay Olimpiya Oyunlarının açılış mərasimində olimpiya hərəkatı tarixində ilk dəfə olaraq böyük sayda xarici ölkələrin dövlət və hökumət rəhbərlərinin iştirakı gözlənilir. Bu barədə Çinin mərkəzi gənclər qəzeti "Çyunqo sinnyan bao" məlumat yayıb. Hazırda 80-dən çox ölkənin dövlət və hökumət başçıları Olimpiadanın açılışında iştirak edəcəklərini bildiriblər. "Bu, rekord rəqəm olacaq" - deyə qəzet qeyd edir. kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar