SON XƏBƏRLƏR

“Politico” jurnalı : “İran vaxt qazanmaqla nüvə proqramını inkişaf etdirir”

2021.10.20, 07:36
“Politico” jurnalı : “İran vaxt qazanmaqla nüvə proqramını inkişaf etdirir”

Gunaz.tv

Jurnal İran diplomatlarından birinin Vyana danışıqları ilə bağlı bəyanatına toxunaraq, yazıb ki, İran bununla da nüvə proqramını inkişaf etditməklə danışıqlarda iştirak edən Qərb ölkələrinə təzyiq göstərməyə çalışır.


“İran prezidenti İbrahim Rəisinin hökumətinin rəsmiləri tezlikcə nüvə razılaşmasını canlandırmaq üçün Vyanada aparılan danışıqlara qatılacaqlarını bildirirlər, lakin əməldə başqa  cür davranır, başqa mövqe sərgiləyirlər. Əslində isə İran məsələyə bu tərzdə yanaşması ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə marijinal bir oyun oynamaqdadır. 


Maraqlıdır ki, İran barəsində qətnamə qəbul edilməsinin qarşısını almaq üçün MAQATE-nin idarə heyəti ilə razılaşma əldə edir, sabahısı gün isə həmin razılaşmaya məhəl qoymayaraq onun şərtlərini pozur”, deyə “Politico” jurnalının dərc etdirdiyi yazıda bildirilir.


Bu aradan Qərbin adının çəkilməsini istəməyən yüksək vəzifəli bir diplomatı “Politico” jurnalına açıqlamasında İranın Vyana danışıqlarından yayınmaqla vaxt qazanmağa çalışdığını və bununla da nüvə proqramını daha da inkişaf etdirmək niyyətində olduğunu təsdiqləyib.


“Çox ehtimal ki, İran Vyanada danışıqlar masasının arxasına o zaman qayıdacaq ki, Qərb xoş niyyətdə olduğunu göstərsin və ya güzəştə gedərək İrana müəyyən imtiyazlar verməyə hazır olsun”, -deyə adının açıqlanmasını istəməyən Qərb diplomatı bildirib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar