Beynəlxalq Atom Enerjisi Agentliyinin "Politico" jurnalına istinadən hazırladığı hesabata görə, İran zənginləşdirilmiş uran ehtiyatını artırmağa davam edib və nüvə bombası yaratmağa yaxınlaşıb.
Noyabrın 10-da Beynəlxalq Atom Enerjisi Agentliyi bu beynəlxalq quruma üzv ölkələrə göndərdiyi son rüblük hesabatında Tehranın zənginləşdirilmiş uranın miqdarını ötən sentyabr ayından etibarən artırdığını vurğulayıb.
Agentlik vurğulayıb ki, İslam Respublikasının 2021-ci ilin fevral ayından Agentliyin müşahidəçilərinin fəaliyyətinə ciddi məhdudiyyətlər qoyması səbəbindən bu beynəlxalq qurum İranın zənginləşdirilmiş uran ehtiyatlarını dəqiq hesablamaq iqtidarında deyil.
Cavidan