SON XƏBƏRLƏR

Politiko: "İran xüsusi məktub göndərərək Avropa Birliyini hədələyib"

2022.10.14, 09:38
Politiko: "İran xüsusi məktub göndərərək Avropa Birliyini hədələyib"

Gunaz.tv

Oktyabrın 13-ü axşam saatlarında yayılan məlumatda əlavə edilir ki, İran sanksiyaların təsdiqinin Avropa Birliyi ilə İran arasında münasibətləri poza biləcəyi ilə hədələyib.

"Politiko" bildirir ki, İran İslam Respublikasının Brüsseldəki səfiri Qulamhüseyn Dehqaninin avropalı diplomatlara yazdığı məktubda İranda etirazlarla bağlı bir çox məlumatların təhrif edildiyi iddia edilib.

"Avropa mövcud vəziyyətin nüanslarını nəzərə almasa, bunun nəticələri ağır olacaq və ikitərəfli münasibətlərin davam etdirilə bilmə imkanı azalacaq",- deyə, məktubda qeyd edilib.

“Politico” daha sonra yazır ki, İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Avropa İttifaqının xarici siyasət rəhbəri Cozep Borrelə göndərdiyi oxşar məktubu görüb.

İranın Avropa Birliyinin insan haqları sanksiyalarının qarşısını almaq üçün mübarizəsi Avropa Birliyinin xarici işlər nazirlərinin gələn həftə bazar ertəsi keçiriləcək iclasda İranın qanlı etirazlarının yatırılmasında iştirak edən şəxslər və qurumlara qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşdıqları bir vaxta təsadüf edir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar