Polkovnik Şair Ramaldanov: “Hadrutun azad edilməsi ilə Şuşaya gedən yol açıldı”

09.10.2021, 15:30

“Azərbaycanın apardığı müharibədə hər günün, hər əməliyyatın öz əhəmiyyəti olub. Hər yaşayış məntəqəsinin, hər yüksəkliyin azad edilməsini ümumi planın tərkib hissəsi olaraq qəbul etmək lazımdır”.

Gunaz.tv Quote | Gunaz article

Bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, Cəbrayıldan sonra Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin strateji əhəmiyyəti yüksək idi: “Hər bir azad edilmiş ərazi ilk olaraq mənəvi-psixoloji cəhətdən hərbçilərə çox böyük ruh yüksəkliyi gətirən amildir. Bu qələbələr bizim ordumuzun, hərbçilərimizin qələbəyə inamını daha da yüksəldirdi. 

Bu əməliyyatlar içərisində ən əhəmiyyətli və strateji sayılanlardan biri də Hadrutun işğaldan azad olunmasıdır. Hadrut çox strateji yaşayış məntəqəsi sayılır”.

Polkovnik qeyd edib ki, əvvəlcə Hadrutun yüksəklikləri, daha sonra Hadrutun özünün taleyi həll olunub: “Hadrut Azərbaycanın cəbhə bölgəsinin cənub hissəsinin mərkəzə yaxın hissəsində yerləşirdi. 

Hadrutun azad edilməsi Füzuli istiqamətində olan qüvvələrin irəliləməsini təmin etmək üçün vacib sayılırdı. Hadrut işğaldan azad olunandan sonra qürur yerimiz olan xüsusi təyinatlılarımız Şuşada əməliyyat aparmaq üçün irəlilədilər.

O istiqamətdə irəliləmək Ağdam, Füzuli və Qırmızı bazar ərazisində olan böyük qüvvəni mühasirəyə salmaq ehtimalını artırırdı. 

Hətta erməni generalları bu faktları nəzərə alaraq 20 minə qədər insanın, şəxsi heyətin mühasirədə qala bilmə təhlükəsi ilə bağlı məruzələr, atəşkəslə bağlı müraciət edirdilər. Hadrut uğrunda gedən döyüşlər sonradan Azərbaycanın Zəngilan və cənub istiqamətində də irəliləməsinə imkan yaradırdı.

Artıq Hadrut işğaldan azad olunandan sonra ermənilər bu müharibənin nəticəsini özləri üçün qiymətləndirə bilmişdi”. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Həmədanda 700 etirazçı həbs edilib

2022-10-07

gun az article

Güneyli milli fəal Yusif Kari Ərdəbildə saxlanılıb

2022-10-06

gun az article

Ərdəbilli milli fəal Firuz Moini saxlanılıb

2022-10-06

gun az article

“Görüş”də müzakirə: “Güney Azərbaycanda təşkilatlanmanın önəmi”-VİDEO

2022-10-06

gun az article

"Azadlıq, Ədalət, Milli hökumət"- Ərdəbilin Balıqlı çay körpüsü üzərində plakat asılıb

2022-10-06

gun az article

Azərbaycanın Tehrandakı səfiri Xoy zəlzələsi ilə bağlı paylaşım edib

2022-10-06

gun az article

Sulduzda həbs edilən fəallardan xəbər yoxdur

2022-10-06

gun az article

Güney Azərbaycanda qadın yazarlar repressiya və senzura siyasətinə etiraz edir

2022-10-06

gun az article

Təbrizli kinorejissor Məhəmməd Siyaməkniya müvəqqəti sərbəst buraxılıb

2022-10-06

gun az article

Həbsdə olan təbrizli fəal Mehdi Həmidi Şəfiq qeyri-müəyyən şəraitdə saxlanılır

2022-10-06

gun az article

Ərdəbildə divarlara etiraz şüarları yazılıb

2022-10-06

gun az article

Ərdəbilli milli fəallar zindana köçürülüb

2022-10-06

gun az article

Təbrizli müəllim həbs edilib

2022-10-06

gun az article

“Görüş” verilişində müzakirə: “İranda etirazlar davam edir" və "Hədis Nəcəfi" -VİDEO

2022-10-05

gun az article

Xoyda yenidən zəlzələ baş verib: Yeraltı təkanlar Təbrizdə də hiss olunub

2022-10-05

gun az article

Ərdəbil və Təbriz Universitetlərində tətil aksiyası keçirilir

2022-10-05

gun az article

Urmuda çörək qıtlığı yaranıb

2022-10-05

gun az article

“Özümüz” proqramında müzakirə: “Etirazlar və Milli Hərəkata qarşı təxribatlar” - VİDEO

2022-10-05

gun az article

Ərdəbildə divarlara milli şüarlar yazılıb

2022-10-05

gun az article

Təbriz və Tehranda daha iki mili fəal həbs edilib

2022-10-05