SON XƏBƏRLƏR

“Molla rejiminin fitnəkar siyasətinə qarşı ayıq-sayıq olmalıyıq”-Arif Hacılı 

2021.10.20, 07:36
“Molla rejiminin fitnəkar siyasətinə qarşı ayıq-sayıq olmalıyıq”-Arif Hacılı 

Gunaz.tv

Azərbaycanın 44 gülnük savaşda öz torpaqlarını işaldan azad etməsi molla rejimini əməlli-başlı narahat edib. Tehran rejimi Azərbaycanla Ermənistan arasında böyük sülhün imzalanmasından, kommunikasiyaların açılmasından narahatdır.
Müsavat başqanı Arif Hacılı bildirib ki, İran hakimiyyəti Azərbaycana qarşı ənnəvi siyasətini gücləndirib.

“İran dövləti əvvəlki illərdə Azərbaycana qarşı əsasən gizli siyasət yürüdür, fars şovinizmini İran dövlətçıliyi, din pərdəsi altında gizlətməyə çalışırdı. 

Milli kimliyimizi, dövlətçilik tariximizi inkar edən təbliğat əsasən mollalar vasitəsilə bəzi məsçidlərdə, yas mərasimlərdə hər kəsin birbaşa anlaya bilməyəcəyi, amma şüuraltı təsirləri olan xüsusi hazırlanmış mətnlərlə aparılırdı. 
İranın ölkəmizdə olan agentura şəbəkəsinin milli məfkurə daşıyıcısı olan siyasi liderlərə, ziyalılara, təşkilatlara qarşı mübarizəsi də ideoloji-siyasi müstəvidə yox, onlara ünvanlanan böhtan və qarayaxma kampaniyaları şəklində təşkil olunurdu. 

Arif Hacılı: "Hakimiyyətlə görüş təklifini qəbul etdim"

44 günlük müharibədən sonra regionda vəziyyətin dəyişməsi, ərazilərimizin azad edilməsi, müttəfiqlərimizin Azərbaycana çəkinmədən, açıq dəstək verməsi İranın ölkəmizə qarşı fəaliyyətinin fərqli müstəviyə keçməsi ilə nəticələnib”. 

Müsavat başqanı hesab edir ki, sətiraltı məzmunlu dini moizələr dövlət quruluşumuza, daxili və xarici siyasətimizə açıq təhdidlərlə əvəz olunub: 
“70 illik sovet hakimiyyəti dövründə bu əraziyə hərbi qüvvə ilə yaxınlaşmağa cəsarət etməyən, 28 illik erməni işğalı dövründə burada hər hansı hərbi fəallıq göstərməyi lazım bilməyən İran dövləti indi Azərbaycan-İran sərhəddində hərbi təlimlər keçirir. 

Müxtəlif tribunalardan dövlət quruluşumuzun nə cür olması, dövlətimizin hansı qanunlarla idarə etməli olduğumuz barədə açıqlamalar verilir. 
Hansı dövlətlərlə dost, hansı dövlətlərlə düşmən olmağımız diktə edilir. 

Bu cür açıqlamalar təhqirlərlə, hədə-qorxu ilə müşayiət olunur. 
Azərbaycanda milli, dini zəmində qarşıdurma yaratmaq çağırışları edilir”. 

Arif Hacılı bildirib ki, o taylı, bu taylı bütün Azərbaycan xalqı İran molla rejiminin fitnəkar siyasətinə qarşı ayıq-sayıq olmalıdır.

“Azərbaycan hakimiyyəti milli təhlükəsizliyimizi təmin etmək üçün ciddi tədbirlər görməlidir”-deyə, A.Hacılı bəyan edib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar