SON XƏBƏRLƏR

Hollandiya ölkə vətəndaşlarına İrana səfərlə bağlı xəbərdarlıq edib

2022.10.08, 04:01
Hollandiya ölkə vətəndaşlarına İrana səfərlə bağlı xəbərdarlıq edib

Gunaz.tv

Qeyd edək ki, İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) sentyabrın 30-da Fransa, İtaliya, Almaniya, Hollandiya və Polşa vətəndaşları olan 9 xarici ölkə vətəndaşının İranda etiraz aksiyalarını "təşkil etmək və təlimatlandırmaq" ittihamı ilə həbs edildiyini açıqlayıb.

Hollandiyanın “ANP” xəbər agentliyi xarici işlər nazirinə istinadən xəbər verib ki, Hollandiya hökuməti bütün vətəndaşlarını İranı tərk etməyə çağırıb və həmçinin hollandlara İrana səfər etməkdən çəkinməyi tövsiyə edib.

İnsan haqları təşkilatlarının verdiyi xəbərə görə, Tehranın Evin zindanının 8-ci bölməsində Ses Lenon Borx adlı Hollandiya vətəndaşı saxlanılır.

Hollandiya vətəndaşının İran məhkəməsi tərəfindən 3 il həbs cəzasına məhkum edilmiş Polşa Universitetinin professoru Maçiyay Valsakla eyni bölmədə saxlanıldığı deyilir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar