“Ölüm şosesi” güney azərbaycanlı milli fəalın canını aldı

2020-08-02 15:42

Güney azərbaycanlı milli fəal Əli Məhəmmədzadə “ölüm şosesi” kimi tanınan Əhər-Təbriz yolunda baş verən qəzada dünyasını dəyişib.

Gunaz.tv Quote | Gunaz article

Məlumata əsasən, hadisə avqustun 1-də baş verib. Hadisədə xəsarət alan Məhəmmədzadənin həyat yoldaşı Səmira Tazakəndi isə Təbrizin Şühəda xəstəxanasına aparılıb.

 

 

Qeyri-standart vəziyyətdə olan Təbriz-Əhər şose yolunda hər il onlarla insanın canını alan faciəvi yol qəzaları baş verir. Artıq bu yol əhali arasında “ölüm şosesi” kimi tanınır.

 

 

Rəsmi məlumata əsasən, 2011-2016-ci illəri arasında Təbriz-Əhər yolunda baş verən yol qəzaları nəticəsində 830 nəfər həyatını itirib.

 

 

Sözügedən yolun təmiri və enləndirilməsi ilə bağlı işlərə 10 il əvvəl başlanılıb, lakin bu yol hələ də istifadəyə verilməyib. Hökumət hər dəfə yolun bir hissəsini istifadəyə verməklə özünü reklam edir, buna baxmayaraq yolun bir çox hissəsində təmir işləri yekunlaşmayıb.  İstifadəyə verilən hissələr isə yenidən dağılaraq sıradan çıxır. 10 il müddətində təmiri yekunlaşmayan Əhər-Təbriz yolunun uzunluğu 90 kilometrdir.

 

 

Güney Azərbaycan yollarında təxminən hər gün insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Zəncanda yol qəzası: 1 nəfər ölüb

2020-08-06

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-06

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Həkimə Əhmədi sərbəst buraxılıb

2020-08-06

gun az article

Şərqi Azərbaycanda 1700-dən çox tibb işçisi koronavirusa yoluxub

2020-08-06

gun az article

Millət vəkili: Süngün mədəninin milyardlıq gəlirindən Azərbaycana pay ayrılmır

2020-08-06

gun az article

GünazTV Aug.05.2020: Beyrutda partlayış, Koronavirus və Məhərrəm əzadarlıqı.

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

2020-08-05

gun az article

İranın kəşfiyyat və təhlükəsizlik təşkilatları güney azərbaycanlı jurnalistdən şikayət edib

2020-08-05

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-05

gun az article

Ərdəbil divarlarında “İran vaxtı ilə həyat; məhv olmaq” qraffitisi

2020-08-05

gun az article

Milli fəal Rza Vasiqi məhkəməyə çağırılıb

2020-08-05

gun az article

GünazTV Ayg.04.2020-Özümüz: Qacarlar: Naserəddin Şah Dönəmi

2020-08-04

gun az article

GünazTV Aug.04.2020 -GÜNDƏM MASASI: ermənistanın İşğal siyasətində erməni kilsəsi və diasporasının rolu

2020-08-04

gun az article

Zəncanlı fotoqraf beynəlxalq müsabiqədə mükafat qazanıb

2020-08-04

gun az article

Həbsdə olan 3 güney azərbaycanlı fəal yeni korpusa köçürülüb

2020-08-04

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 764 nəfərə çatıb

2020-08-04

gun az article

Bu gün Məşrutə inqilabının ildönümü, “Təbriz Günü”dür

2020-08-04

gun az article

“Ulduz” öyrənci dərgisinin yeni sayı nəşr olunub

2020-08-04

gun az article

İctimai şəbəkə istifadəçiləri Tövhid Əmir Əmini həştəqi ilə həbsdə olan milli fəala dəstək veriblər

2020-08-04

gun az article

GünazTV Aug.03.2020: PARLAQ GƏLƏCƏK: İranda işçilərin yoxsulluqla bağlı etirazları davam edir, Güney Azərbaycan insan haqları ilə bağlı görünən işlər.

2020-08-03