SON XƏBƏRLƏR

Qoluncu əhalisi köçə məcbur edilir-FOTOLAR

2022.04.09, 21:47
Qoluncu əhalisi köçə məcbur edilir-FOTOLAR

Gunaz.tv

Bu, onların məcburi köç etmələrinə hesablanmış addım kimi dəyərləndirilir. 

Sünni məzhəbli türklərdən ibarət və bölgədə xüsusi önəmə sahib Quluncuda içməli su çatışmazlığı illərdirki kəndlilərin əsas problemlərindən biri imi həll olunmamış qalır.

Kəndin yaxınlığında, qum təpəsin ətəyində mövcud olan iki kəhriz əhalinin əsas içməli su qaynağı olmasına baxmayaraq, kəndlilər su ehtiyaclarını təmin etmək üçün orada saatlarla növbədə dayanmalı olurlar.

Quluncluların verdiyi məlumata görə, kəhrizlərin yerləşdiyi qum təpəsini kürd əsilli iş adamı qanunsuz yollarla mənimsəyib və orada qum-çınqıl zavodu açmaq barədə icazə alıb.

Belə olan təqdirdə hər iki su qaynağının dağıdılmasının qaçılmaz olduğu və bunun minlərlə insanın ata-baba yurdlarından məcburi köç etmələrinə səbəb olacağı bildirilir.

Mülki Məcəllənin 138-ci maddəsinə görə, adı çəkilən yerdə hansısa obyektin tikilməsi qanunsuz hesab edilir və bunu edənlər qanuna uyğun cəzalandırılmalıdır.

Quluncu kəndinin əhalisi bütün bu baş verənlərin bilərəkdən edildiyini və hansısa güclərin onların kəndi tərk etmələri üçün çalışdıqlarını deyirlər.

Qeyd edək ki, Quluncu kəndi xüsusilə 1918-19-cu illərdə cilovlar və kürdlərin türkərə qarşı hücumlarını qarşısını almaq üçün Osmanlı ordusunun qərargahı olub.

Bununla yanaşı kənd Hacı Qılıncxan, Məhəmmədəli Bozqurd (Qazi Bozqurd) və Dədə Katib kimi tanınmış şəxsiyyətlərin yurdu olub.

Hazırda Quluncu kəndi Qərbi Azərbaycan əyalətində milli oyanış və fəaliyyətlərin əsas mərkəzlərindən biri kimi tanındığı üçün daima təhlükəsizlik idarəsinin nəzarəti. Fəalları isə təzyiqlər altında olub. 

 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar