SON XƏBƏRLƏR

Oman sultanı Qabus Bin Səid uzun sürən xəstəlikdən sonra vəfat edib

2021.10.20, 07:36
Oman sultanı Qabus Bin Səid uzun sürən xəstəlikdən sonra vəfat edib

Gunaz.tv

GünAz TV: Oman sultanı Qabus bin Səid Əl Səid uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib.


APA TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü dövlət başçısının Katibliyinin "Twitter" hesabında bildirilib.

 

Sultan Qabusun ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib, 40 gün müddətinə dövlət bayraqları endirilib.

 

Qeyd edək ki, sultan 2015-ci ildən etibarən xərçəng xəstəliyindən əziyyət çəkirdi. Belçikanın klinikalarından birində müalicə olunan Qabus Bin Səid ötən il dekabrın sonunda vətəninə qayıdıb.

 

Bir neçə saat öncə yayılan məlumata əsasən, Omanın Mədəniyyət və Milli Dəyərlər naziri Haysam ben Tarek Əl Səid bu ölkənin yeni sultanı olub.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar