SON XƏBƏRLƏR

Komando hərbi hissəsində təlim məşqləri keçirilib - VİDEO

2022.01.22, 19:45
Komando hərbi hissəsində təlim məşqləri keçirilib - VİDEO

Gunaz.tv

Müdafiə Nazirliyindən verilən xəbərə görə, təlimin senarisinə uyğun olaraq taktiki yerdəyişmə fəaliyyətləri icra edən komandolar kəşfiyyat məlumatları əsasında şərti düşmənin kəşfiyyat-diversiya qrupunun təxribat törədəcəyi ehtimal edilən ərazi istiqamətində irəliləyiblər.

Komandolar maskalanma tələblərinə əməl etməklə sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə kəşfiyyat aparma, şərti düşmən sığıcaqlarının aşkar edilməsi, eləcə də kəşfiyyat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar