SON XƏBƏRLƏR

Omanın Xarici İşlər naziri 1 ay ərzində 4-cü dəfə Zəriflə görüşüb

2021.10.20, 07:36
Omanın Xarici İşlər naziri 1 ay ərzində 4-cü dəfə Zəriflə görüşüb

Gunaz.tv

GünAz TV: Ötən gün Omanın Xarici İşlər naziri Yusif bin Ələvi Davos İqtisadi Forumundan qayıdarkən Tehranda dayanıb.

 

Ələvi rəsmi səfər çərçivəsində iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüş keçirib. Bu, iki ölkənin Xarici İşlər nazirlərinin 1 həftə ərzində sayca 2-ci, 1 ay içərisində isə 4-cü görüşüdür.

 

İran Xarici İşlər Nazirliyi səfərlə bağlı məlumat yayaraq, nazirlərin ikitərəfli münasibətləri, regional məsələləri və Hörmüz boğazında əməkdaşlığı müzakirə etdiklərini bildirib.

 

Ələvi bundan öncə, yanvarın 21-də də Tehrana rəsmi səfər etmiş və öz iranlı həmkarı ilə görüşmüşdü. Nazirlər arasında daha bir görüş isə Zərifin 2019-cu ilin dekabr ayının 23-də Omana etdiyi səfər çərçivəsində baş tutmuşdu.

 

Son illər ərzində rəsmi Tehranla normal münasibətləri olan Omanın İran və Amerika arasında vasitəçilik missiyası həyata keçirməsi ilə bağlı ara-sıra məlumatlar yayılır.

 

Bu xüsusda Omanın Vaşinqtonda akkreditə edilmiş səfiri Həninə əl-Məğiri də qeyd etmişdi ki, ölkəsi 2013-cü ildə tərəflər arasında İranın nüvə proqramı ətrafında birbaşa danışıqların aparılması üçün vasitəçilik missiyası həyata keçirmişdi.

 

“Biz təkcə vasitəçilik missiyası həyata keçirmirdik, eləcə də danışıqların başladılması üçün lazım olan diplomatik kanalı yaratdıq. Bizdən bu istiqamətdə rol oynamağımızı istədikləri üçün lazım olan addımları atdıq”,- deyə diplomat əlavə etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar