Ombudsman Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı beynəlxalq təşkilatlara bəyənat ünvanlayıb

2020-10-17 17:05

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın 17 oktyabr 2020-ci il tarixində Azərbaycanın Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla bağlı bəyənat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, bəyənatda deyilir: “İşğalçı Ermənistan Respublikası öz təcavüzkar siyasətini davam etdirərək  Azərbaycan Respublikasının mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi olaraq məqsədli şəkildə qəsdən raket atəşinə tutur. Bununla da BMT-nin Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də də 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozur.


Bir daha təəssüf hissi ilə bəyan edirik ki, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdə davam edən Ermənistan Respublikasının silahlı qüvvələri 2020-ci il oktyabrın 17-də gecə saat 01 radələrində cəbhə bölgəsindən 100 km uzaqda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri, qədim tarixə malik olan, əhalinin sıx məskunlaşdığı Gəncənin mərkəzi hissələrini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutmuşdur. İlkin məlumatlara görə 3-ü azyaşlı olmaqla 13 nəfər mülki şəxs həlak olmuş, 52 nəfər yaralanmışdır, 2 uşağın taleyi barədə məlumat yoxdur, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəymişdir. Dağıntılar altında qalmış şəxslərin xilas edilməsi işləri isə hələ də davam edir.


Bununla da BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirməyən işğalçı Ermənistan Respublikası törətdiyi hərbi təxribatlarla Azərbaycanın dinc əhalisini hədəfə alaraq növbəti dəfə müharibə cinayəti törətmişdir.


Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı, cəbhə bölgəsindən uzaq məsafədə yerləşən Gəncə şəhərinin və regionun enerji təhlükəsizliyi üçün stateji əhəmiyyətli Mingəçevir şəhərinin, habelə digər yaşayış məntəqələrinin  Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq qəsdən raket atəşinə atəşinə tutulması monoetnik dövlət olan işğalçı Ermənistanın beynəlxalq hüququn tələblərini tanımadığını, ona saymazyana münasibət göstərdiyini bir daha sübut edir. Halbuki, beynəlxalq humanitar hüquq normaları, xüsusilə də Cenevrə Konvensiyaları hərbi əməliyyatların gedişində kombatantların və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini əsas prinsip kimi tələb edir.


Xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçən işğalçı Ermənistan dövləti insan hüquqları sahəsində beynəlxalq sənədlərin, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarının, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının, Uşaq hüquqları Konvesiyasının, “Beynəlxalq müqavilələr hüququ haqqında” 1969-cu il tarixli Vyana Konvensiyasının müddəalarını kobud şəkildə pozmaqla sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətlərini davam etdirir. Bu cinayətlər nüfuzlu beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən pislənilməli və Ermənistana qarşı beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ciddi tədbirlər görülməlidir.


Buna görə də təcili olaraq nüfuzlu beynəlxalq təşkilatları və dünya dövlətlərini ədalətli mövqe nümayiş etdirməklə susmamağa çağırır, işğalçılıq siyasətini davam etdirən Ermənistan Respublikasından sülh və insanlıq əleyhinə cinayətlər törətməklə Azərbaycan Respublikasının mülki əhalisinin həyat və sağlamlığına, mülkiyyətinə qəsd edilməsinə, beləliklə də insanların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına səbəb olan müharibə və terror cinayətlərinə son qoymağı və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən imperativ xarakterli qətiyyətli qərarlar qəbul etməyi bir daha tələb edirik”.


Bəyənat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ermənilərin ötən gün Bərdəni raket atəşinə tutması nəticəsində yaralananlardan daha biri dünyasını dəyişib

2020-10-28

gun az article

Daha 13 kənd işğaldan azad edilib- FOTO

2020-10-28

gun az article

Azərbaycan Prezidenti: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”- FOTO

2020-10-28

gun az article

MN: Ermənistan Tərtər ərazisini “Qrad”lardan və toplardan atəşə tutub

2020-10-28

gun az article

Zəngilanda Ermənistan xüsusi təyinatlılarının qrupu məhv edilib - VİDEO

2020-10-28

gun az article

Bərdədə FHN-nin bir əməkdaşı ölüb, biri isə ağır yaralanıb

2020-10-28

gun az article

Baş Prokurorluq: Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb, 70-ə yaxın yaralanan var

2020-10-28

gun az article

Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

2020-10-28

gun az article

Baş Prokurorluq: Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs yaralanıb

2020-10-28

gun az article

Hikmət Hacıyev: “Ermənistanın belə məqsədli müharibə cinayətləri dözülməzdir”

2020-10-28

gun az article

3 milli fəal Təbrizin Mərkəzi həbsxanasına köçürülüb

2020-10-28

gun az article

Ərdoğan: “Dünən Putinə dedim ki, Qarabağ münaqişəsini birlikdə həll etmək məcburiyyətindəyik”

2020-10-28

gun az article

Ərdoğan: “Kəşfiyyat məlumatları əsasında 2000 PKK, YPG terrorçusunun 600 dollara Qarabağda döyüşdüyünü müəyyənləşdirmişik”

2020-10-28

gun az article

MN: Düşmən Goranboy və Tərtər rayonlarını atəşə tutur

2020-10-28

gun az article

XİN: Ermənistan bəşəriyyətə qarşı cinayət törədir- FOTO

2020-10-28

gun az article

Baş Prokurorluq: Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində 14 nəfər ölüb, 40-dan artıq şəxs yaralanıb - YENİLƏNİB

2020-10-28

gun az article

Belarus səfiri: “Gəncədə gördüklərim məni sarsıtdı, XXI əsrdə insanlar yatan vaxt şəhərə raket atılması yolverilməzdir”

2020-10-28

gun az article

Hulusi Akar: “Bütün imkanlarımızla sona qədər Azərbaycanın yanındayıq”

2020-10-28

gun az article

Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi bu gün ən yüksək səviyyədədir"

2020-10-28

gun az article

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib

2020-10-28