“Ömrüm keçdi, gələmmədim gec oldu”-38 yaşında Xalq artisti olan, Güney həsrəti ilə dünyadan köçən sənətkar -VİDEO

2021-03-21 10:20

​​​​​​​Bu gün Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndələrindən biri Rübabə Muradovanın anım günüdür.

Gunaz.tv Quote | Gunaz article

Rübabə Xəlil qızı Muradova 21 mart 1933-cü ldə Güney Azərbaycanın Ərdəbil vilayətində dünyaya gəlib. Yeniyetmə yaşlarında ailəsi ilə birgə Azərbaycana köçür. Bir müddət keçmiş Əli Bayramlı şəhərində (indiki Şirvan-red) yaşayır. Şirvanda teatr olmadığından Sabirabada köçür. 

Rubabe Muradova - Posts | Facebook

Az müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Görkəmli aktyor Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət edir. 1951–1955-ci illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskidən dərs alır. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq işləyir.
Xanəndə Üzeyri Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli rolunun mahir ifaçılarından olub. 

Bundan başqa  müəllifin "Əsli və Kərəm" əsərində Əsli, “Koroğlu” operasında Xanəndə qız, Müslüm Maqomayevin  "Şah İsmayıl" operasında Ərəbzəngi  Zülfü Hacıbəylinin "Aşıq Qərib" operasında Şahsənəm,  Şəfiqə Axundovanın “Gəlin qayası”nda Sənəb obrazlarını yaradıb. 
İstedadlı xanəndənin sənəti Azərbaycanda yüksək qiymətləndirilib. 1971-ci ildə-38 yaşında ona Azərbaycanın Xalq artisti fəxri adı verilib. 

Rübabə Muradovanın tərcümeyi-halına nəzər salanda bu böyük istedad sahibinin cəmi 38 yaşında Xalq artisti fəxri adı alması diqqətdən yayınmır. Halbuki o dövrdə fəxri ad almaq hər sənətkara qismət olmurdu.

Ölümünə səbəb olduğu qızın qardaşına ərə getdi – Xalq artistindən maraqlı  faktlar

Səhnədə parlaq istedad nümayiş etdirən görkəmli sənətkarın şəxsi həyatında bəxti gətirmir. 

Xəlil adlı güneyli gənclə ailə quran Rübabə xanımın bu izdivacdan  Qəmər adlı qız övladı dünyaya gəlir. Amma bu evlilik çox qısa çəkir və xanəndə, həyat yoldaşından ayrılır. 
Rübabə Muradovanın ikinci evliliyi isə Tələt adlı bir tacirlə olur. Xanım sənətkarın bu şəxslə nikahından da bir qız övladı – Şahnaz dünyaya gəlir. 
Tanıyanların dediyinə görə, ürəyində Təbriz nisgili gəzdirən Rübabə xanım olduqca mərhəmətli, insansevər bir xanım olub. Sənət dostları deyir ki, Rübabə xanım qadın sənətçilərin oxumağa çətnlik çəkdiyi muğamları ifa edərdi. Məsələn, “Humayun” muğamını ondan yaxşı heç kim oxuya bilməyib.

Doğulduğu torpağı heç zaman unuda biməyən Rübabə xanımın Güney həsrətini ifalarındakı yanğıdan da bilmək olurdu. Ustad Şəhriyarın “Heydər babaya salam” şeirinə bəstələnmiş mahnı heç kim onun kimi yanğı ilə ifa edə bilmirdi. Deyilənə görə Rübabə xanımın ömrünə az qalmış sənət dostlarından biri ona Ərdəbil torpağı gətiribmiş. Rübabə xanın Güneyin qoxusunu bu bir ovuc torpaqdan alırmış.

Qeyd edək ki, Rübabə xanımın ölümündən 2 gün əvvəl çəkilən lent yazısı hazrıda dövlət televiziyasının “Qızıl fondu”nda saxlanılır.

Xalq artisti Rübabə Muradova 28 avqust 1983-cü ildə Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.

Ayxan Turan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06

gun az article

GünazTV May.05.2021-Görüş: Rusiyanın bərcamı müxalifət etmək səbəbləri, İranın Azərbaycanda yeni fitnəsi

2021-05-06

gun az article

Milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz Məhkəməsinə çağırıldı

2021-05-05

gun az article

Güneydə məktəblilərin etiraz aksiyaları genişləndi- Narazılara Zəngan və Ərdəbil şagirdləri də qoşuldu-VİDEO

2021-05-05

gun az article

Təbriz-Urmu yolunda ağır qəza: Ölən və yaralananlar var

2021-05-05

gun az article

Məktəblilər Təbrizdə etiraz aksiyası keçirib

2021-05-05

gun az article

İran televiziyasında irqçi təbliğat: Müəllim qeyri-fars dillərini "ləhcə" adlandırdı-VİDEO

2021-05-05

gun az article

Çaroymaqda məktəb binaları çatışmır: Dərslər konteynerlərdə keçirilir

2021-05-05

gun az article

Əncird mis yatağı ekoloji fəlakət yaradır: Hökumət sakinlərin fəryadına biganədir

2021-05-05

gun az article

Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır

2021-05-05

gun az article

Koronavirus gündəmi: Qərbi Azərbaycanda yoluxma sayı kəskin artdı

2021-05-05

gun az article

“Traxtur”un qolu Çempionlar Liqasının ən yaxşıları siyahısında-VİDEO

2021-05-05

gun az article

GünazTV May.04.2021-Özümüz: Sumərlər və Urartular

2021-05-05

gun az article

GünazTV May.04.2021-GÜNDƏM MASASI: Nədən Farsçılar Türk dilinə ləhcə deyir?

2021-05-05

gun az article

"Oyan, Azərbaycan": Təbrizdə küçələrə azadlıq şüarları yazıldı

2021-05-04

gun az article

Güney Azərbaycanda edam cəzalarının sayı artıb

2021-05-04

gun az article

Təbrizin məşhur futbol klubu fəaliyyətini dayandırdı

2021-05-04