SON XƏBƏRLƏR

Son bir ildə minlərlə tibb işçisi İranı tərk edib

2022.02.07, 11:42
Son bir ildə minlərlə tibb işçisi İranı tərk edib

Gunaz.tv

Birliyin yaydığı məlumata görə, son bir il içində ən azı 2000 min tibb bacısı ölkəni tərk edərək başqa xarici ölkələrə sığınıb.

Birliyin məlumatında qeyd olunur ki, bu qədər tibb bacısının ölkədən çıxması onlara olan laqeydliklə bağlıdır.

Bundan başqa birlik hesab edir ki, xaricə həkim axının bir səbəbi də müxtəlif şirkətlər vasitəsilə müvəqqəti müqavilələrlə işə götürülmələri və əmək haqqının aşağı olmasıdır.

“Beynəlxalq standarta görə, hər 1000 nəfərə ortalama beş-altı tibb bacısı, ən az halda isə 3 tibb bacısı lazımdır.

Son statistikaya görə, hazırda İranda hər 1000 nəfərə 1,6 tibb bacısı düşür ki, bu da dünyada nəzərdə tutulan minimumdan da azdır”-deyə, İran Tibb İşçiləri Birliyinin başçısı Məhəmməd Şərifi Müqəddəm bildirib.

O, deyib ki, dünya ölkələrində pandemiya səbəbindən daha çox tibb işçisi, tibb bacısı işə cəlb olunduğu. əmək haqlarının qaldırıldığı zaman, bu İranda tam tərsinə olub və çox sayda tibb bacısı ölkədən çıxıb.

C.E   
 

پاسخ دبیرکل خانه پرستار به دروغ فرار پرستاران از بیمارستان‌ها و حقایق نگفته  از مشکلات آنها - خبرآنلاین

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar