O, İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması istiqamətindəki cəhdlərə də toxunub.
"Əgər bu Səudiyyə xalqının və regionda mövcud olan amerikalıların təhlükəsizliyinə gətirib çıxararsa, bunu alqışlayırıq",- Kirbi bildirib.
O, İran hökumətinin öz xalqına qarşı amansız repressiyalara əl atdığını deyib və bununla yanaşı bölgədə terrorçu qruplaşmalara, o cümlədən Həmas, Hizbullah, Yəmən husiləri və başqa qanunsuz silahlı dəstələrə yardım etdiyini bildirib.
"Bununla yanaşı bu hökumətin Rusiyaya pilotsuz təyyarələr göndərdiyi və Ukrayna xalqının öldürülməsində iştirak etdiyini də unutmayın",- Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji Əlaqələr üzrə koordinatoru qeyd edib.
Günaz.TV