SON XƏBƏRLƏR

Con Kirbi: “İran helikopteri ABŞ-ın hərbi gəmisi ətrafında təhlükəli uçuş edib”

2021.11.16, 11:22
Con Kirbi: “İran helikopteri ABŞ-ın hərbi gəmisi ətrafında təhlükəli uçuş edib”

Gunaz.tv

Hadisənin noyabrın 11-də baş verdiyini deyən Kirbi bildirib ki, İran helikopteri ABŞ-ın USS Essex hərbi gəmisinə qarşı provokativ addım ataraq, üç dəfə yaxın məsafədən onun ətrafında fırlanıb.


“İran helikopteri Oman dənizində provokativ bir addım ataraq, Amerikanın USS Essex hərbi gəmisinin göyərtəsinə yaxınlaşıb və onun 23 metrliyindən keçib. 


İran helikopteri həmçinin qeyri-peşəkar" davranaraq, üç dəfə ABŞ hərbi gəmisinin ətrafında dövrə edib və hətta bir anlığa dəniz səviyyəsindən 10 fut (təxminən 3 metr) yüksəklikdə uçub”, -deyə Pentagon sözçüsü Con Kirbi bildirib.


Kirbi deyib ki, İran helikopterinin bu qeyri-peşəkar hərəkəti USS Essex hərbi gəmisinin əməliyyatına hər hansı bir təsir edə bilməyib.


“ABŞ-ın USS Essex hərbi gəmisinin ekipaj heyəti dərhal gecikmədən lazımli qoruyucu tədbirləri görərək beynəlxalq qanunlara uyğun uyğun hərəkət eiblər”, -deyə Pentagon sözçüsü Con Kirbi bəyan edib. 


Qeyd edək ki, SEPAH terror təşkilatının sürət qayıqları bundan əvvəl də körfəzdə və beynəlxalq sularda üzən ABŞ hərbi gəmilərinə və beynəlxalq ticari gəmilərə qarşı oxşar provokativ və qeyri-peşəkar addımlar ataraq, onların sərbəst hərəkətinə və fəaliyyətinə mane olmağa çalışıblar.

رزم‌ناو

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar