SON XƏBƏRLƏR

Urmu gölü ilə bağlı son durum açıqlandı: Su həcmi ekoloji vəziyyətlə müqayisədə 88 faiz azalıb

2022.08.09, 07:56
Urmu gölü ilə bağlı son durum açıqlandı: Su həcmi ekoloji vəziyyətlə müqayisədə 88 faiz azalıb

Gunaz.tv

Məlumata görə, Urmu gölünün su səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 42 sm azalaraq 1270,44 -ə çatıb.

Hesabatda bildirilir ki, gölün sahəsi keçən ilin eyni vaxtı ilə müqayisədə 814,44 kvadrat kilometr azalıb.

Məlumatda qeyd olunub ki, Urmu gölünün suyunun həcmi təkcə ötən 1 il ərzində 1,31 milyard kub metr azalaraq 2.09 milyard kubmetrə qədər aşağı düşüb.

Urmu gölünün suyunun həcmi ekoloji vaxtda 17,28 milyard kubmetr olduğu halda indi 15 milyard kubmetr azalıb və bu da təxminən 88% azalma deməkdir.

İndi Urmu gölü 2015-ci ildən bu yana ən pis və acınacaqlı dövrünü yaşayır.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar