SON XƏBƏRLƏR

Amerikanın respublikaçı konqresmenləri İranla nüvə danışıqlarının dayandırılmasını tələb ediblər

2021.11.06, 10:51
Amerikanın respublikaçı konqresmenləri İranla nüvə danışıqlarının dayandırılmasını tələb ediblər

Gunaz.tv

Amerika Birləşmiş Ştatları rəsmilərinin dediyinə görə, ötən həftə Suriyanın cənubunda yerləşən At-Tanf hərbi bazasına qarşı pilotsuz uçuş aparatları ilə keçirilən hücumun arxasında İran durub.


Bildirilir ki, Brayan Stilin başçılığı ilə hazırlanan və Amerikanın nüvə danışıqlarından imtina etməsi tələbi ilə Ağ Evə göndərilən məktub, 17 respublikaçı qanunverici tərəfindən imzalanıb.


Məktubda respublikaçı qanunvericilər bildiriblər ki, İran regionda Amerikaya və onun müttəfiqlərinə qarşı hücumlarını davam etdirdiyi bir vaxtda ölkə daxilində də gizli nüvə fəaliyyətini gücləndirib.


“İranın təhdidləri davam edir və sizin (Co Bayden-red) hökumətiniz sanksiyaları ləğv etməklə Amerikanın İran rejiminə qarşı mübarizədə gücünü zəifləyir”, deyə ABŞ Konqresinin Respublikaçılar Partiyasından 17 qanunvericinin Ağ Evə göndərdiyi birgə məktubunda bildirilir.  

 
A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar