SON XƏBƏRLƏR

“Qorbaçov ermənilərə satılmışdı” - Xələf Xələfov

2022.01.19, 12:19
“Qorbaçov ermənilərə satılmışdı” - Xələf Xələfov

Gunaz.tv

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Tam əminliklə demək olar ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqilliyə, öz respublikasının bütövlüyü uğrunda mübarizəsinə qarşı həyata keçirilmiş bir terror, cinayət aktı idi. O dövrdə SSRİ-nin bütün bölgələrində xalqlar azadlıq uğrunda mübarizəyə qalxmışdılar. 

Bu mübarizənin önündə qəhrəman Azərbaycan xalqı gedirdi. O dövrdə fürsətdən istifadə edən mənfur düşmən qonşumuz Azərbaycana qarşı öz hiyləgər siyasətini həyata keçirməyə başladı. 

Bu siyasəti həyata keçirmək üçün, Azərbaycan ərazisinin bir hissəsini qopartmaq, özünə birləşdirmək üçün münbit şərait seçmişdi. 

Erməni daşnakları, erməni separatçıları, erməni terror təşkilatları hamısı əlbir olaraq ilk öncə satqın SSRİ siyasi rəhbərliyinə yol tapmışdılar, onlarla sövdələşmişdilər və bütün səylərini birləşdirmişdilər ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı ondan qopartsınlar və onu Ermənistana birləşdirsinlər”, – X. Xələfov vurğulayıb. 

Xələf Xələfov deyib ki, o dövrdə Azərbaycanın digər böyük şəhərlərinə, o cümlədən Bakıya sovet qoşunlarının yeridilməsinin əsas məqsədi alovlanan azadlıq hərəkatını qırmaqdan ibarət olub.

“Məhz 20 Yanvar terror aktının, bu hərbi təcavüzün qəddarlığının mahiyyəti bundan ibarət idi. 

Ona görə də dünyada bir dövlət misli görünməmiş şəkildə öz vətəndaşlarına qarşı silahlı qüvvələrdən istifadə etdi və bundan ötrü dövlətin başçısı əmr verdi. Bu hadisələri, cinayətləri törədən siyasi hakimiyyətin başçısı Mixail Qorbaçov idi. Qorbaçov ermənilərə satılmışdı. 

Qorbaçovun satqınlıq planları əsasında bu təcavüz həyata keçirildi. Azərbaycan xalqına həmin gün divan tutuldu. 

Yüzlərlə insan qətlə yetirildi. Bunların içərisində qadınlar, uşaqlar, qocalar, alimlər, təcili tibbi yardımın işçiləri var idi”, - nazir müavini deyib.

 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar