SON XƏBƏRLƏR

İordaniya Futbol Federasiyasından İran yığması ilə bağlı tələb: "Millinin qapıçısının cinsiyyəti araşdırılsın"

2021.11.16, 14:16
İordaniya Futbol Federasiyasından İran yığması ilə bağlı tələb: "Millinin qapıçısının cinsiyyəti araşdırılsın"

Gunaz.tv

Bu barədə, İordaniya Futbol Federasiyasının rəisi şahzadə Əli Bin əl Hüseyn “Twitter” hesabında etdiyi paylaşımında xəbər verib.

“Mən Asiya Futbol Konfederasiyasına məktub yazaraq, sözü gedən qadın futbolçunun cinsiyyətinin araşdırılmasını, onun qadın və ya kişi olmasının müəyyənləşdirilməsini istəmişəm.

Əgər bu qapıçının kişi olması ilə bağlı yayılan xəbərlər düz çıxsa, bu çox ciddi məsələdir və hesab edirəm ki, Asiya Futbol Konfederasiyası yuxudan ayılmalı, bu məsələyə baxmalıdır”, -deyə İordaniya Futbol Federasiyasının rəisi şahzadə Əli Bin əl Hüseyn “Twitter”də etdiyi paylaşımında bildirib.

İranın qadınlardan ibarət Milli Futbol Komandasının baş məşqçisi Məryəm İrandust mediaya açıqlamasında İordaniya tərəfinin bununla bağlı iddialarını rədd edərək, sözü gedən qapıçının həqiqətən də qadın olduğunu bildirib. 

“Tibb məsulları bu cür problemlərin ortaya çıxmasının qarşısını almaq üçün komandanın hər bir üzvünün hormonıarını yoxlamış, onları testdən keçiriblər”, -deyə İranın qadınlardan ibarət Milli Futbol Komandasının baş məşqçisi Məryəm İrandust bildirib.

İranın qadınlardan ibarət Milli Futbol Komandası oktyabrın 26-da qolsuz bir görüşün sonunda penaltilər mərhələsində İordaniyanı 4:2 hesabı ilə məğlub edib və bununla da ilk dəfə olaraq, 2022-ci ildə keçiriləcək Asiya Kuboku yarışlarına vəsiqə qazanıb. 

İranın qadınlardan ibarət futbol yığmasının qapıçısı Zöhrə Kudayi həmin görüşdə iki penalti zərbəsini tutmaqla İranın İordaniyaya qalib gəlməsini və İran komandasının Asiya Kubokuna yüksəlməsini təmin edib. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar